00:00 · 21.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
İsrail İrana qarşı yeni əməliyyat hazırlayır? – Netanyahu Trampla danışdıMessi və Ronaldu bütün dövrlərin ən yaxşısı adına namizədlər arasındaAlberta əyaləti Kanadanın tərkibində qalacaq – referendumÇempionlar Liqası: “Sabah” “Borussiya”ya minimal hesabla uduzdu Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib – Fotolar“Qarabağ” və “Neftçi” cərimələndiİşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addımİran Bəlucistana ordu göndərib “Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı” – Rəşidə BehbudovaFransada etirazlar: Zaxarova Makronu BELƏ ƏLƏ SALDIKarabağ gazisi Atilla Yumak Turan gençliğiyle buluşduTaksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?İsrail İrana qarşı yeni əməliyyat hazırlayır? – Netanyahu Trampla danışdıMessi və Ronaldu bütün dövrlərin ən yaxşısı adına namizədlər arasındaAlberta əyaləti Kanadanın tərkibində qalacaq – referendumÇempionlar Liqası: “Sabah” “Borussiya”ya minimal hesabla uduzdu Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib – Fotolar“Qarabağ” və “Neftçi” cərimələndiİşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addımİran Bəlucistana ordu göndərib “Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı” – Rəşidə BehbudovaFransada etirazlar: Zaxarova Makronu BELƏ ƏLƏ SALDIKarabağ gazisi Atilla Yumak Turan gençliğiyle buluşduTaksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Manşet

Azərbaycanın hava gücündə yeni mərhələ – Türkiyə kritik sistemi Bakıya verdi

Azərbaycan və Türkiyə arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində Hərbi Hava Qüvvələrinin imkanlarını genişləndirən yeni addım atılıb.

Musavat.com xəbər verir ki, Türkiyənin HAVELSAN şirkəti tərəfindən hazırlanmış HvBS Hava Qüvvələri Məlumat Sisteminin kritik əhəmiyyətli imkanlarının bir hissəsi Azərbaycana təhvil verilib. Anadolu Agentliyinin məlumatına görə, sistem artıq Azərbaycan Hərbi Hava Qüvvələri Komandanlığının avadanlıq və idarəetmə infrastrukturuna inteqrasiya edilib.

HvBS ilkin olaraq Türkiyə Hərbi Hava Qüvvələrinin ehtiyacları üçün hazırlanıb. Sistem hava əməliyyatlarının əsas proseslərini rəqəmsal mühitdə idarə etməyə imkan verir. Buraya əməliyyatların planlaşdırılması və hazırlanmasından başlayaraq tapşırıqların icrası, hava məkanındakı vəziyyətə nəzarət və əməliyyat nəticələrinin təhlilinədək müxtəlif mərhələlər daxildir.

Sistemin Azərbaycana verilməsi əməliyyat mərkəzlərində çalışan hərbçilərə hava məkanındakı vəziyyəti vahid sistem üzərindən izləmək, məlumatları real vaxt rejimində qəbul və emal etmək, həmçinin əməliyyatlar zamanı daha sürətli qərarlar qəbul etmək imkanı yaradacaq.

HAVELSAN-dan bildirilib ki, bu addım Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafının növbəti mərhələsidir.

Bununla yanaşı, Türkiyənin TUSAŞ aerokosmik şirkətinin baş direktoru Mehmet Dəmiroğlu Azərbaycanın HÜRKUŞ-II təlim-məşq təyyarələrinin alınmasına dair müqavilə imzalamağa yaxın olduğunu açıqlayıb.

HÜRKUŞ-II pilotların tam hazırlıq dövrü üçün nəzərdə tutulub. Təyyarə ilkin və əsas uçuş hazırlığından başlayaraq pilotların daha sonra döyüş təyyarələrinin idarə edilməsinə keçidinə qədər müxtəlif təlim mərhələlərində istifadə oluna bilir.