00:00 · 23.08.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Kuşatılmış ulus: TürklerÖlkədə mənzil tələbi ilə təklif arasında fərq artır — AçıqlamaErmənistan Türkiyə ilə sərhədi açmağa hazırlaşırBakıda kabab evində farşdan at DNT-si çıxdıZal Yusifovun oğlunun işində yeni detallar: “Məndən 350 min istədi”Dünya bazarında şəkərin qiyməti kəskin ARTDI: Son 15 ayın ən yüksək həddiNetanyahu Türkiyəyə xəbərdarlıq etdi“Qarabağ” – “Tvente” oyununun biletləri satışa çıxarılıbBakıda külək güclənəcək – XƏBƏRDARLIQ“Kardiologiya”da qalmaqal: Həkimlər direktoru məhkəməyə verdi – 80 yaşlı kardioloqa alkoqol ittihamı?Kiberdələduzluq hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət – FOTOKolleclərə qeydiyyat başlayıbKuşatılmış ulus: TürklerÖlkədə mənzil tələbi ilə təklif arasında fərq artır — AçıqlamaErmənistan Türkiyə ilə sərhədi açmağa hazırlaşırBakıda kabab evində farşdan at DNT-si çıxdıZal Yusifovun oğlunun işində yeni detallar: “Məndən 350 min istədi”Dünya bazarında şəkərin qiyməti kəskin ARTDI: Son 15 ayın ən yüksək həddiNetanyahu Türkiyəyə xəbərdarlıq etdi“Qarabağ” – “Tvente” oyununun biletləri satışa çıxarılıbBakıda külək güclənəcək – XƏBƏRDARLIQ“Kardiologiya”da qalmaqal: Həkimlər direktoru məhkəməyə verdi – 80 yaşlı kardioloqa alkoqol ittihamı?Kiberdələduzluq hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət – FOTOKolleclərə qeydiyyat başlayıb
Təhsil

Bəzi ixtisaslarda keçid balları AZALACAQ

“Birinci ixtisas qrupu üzrə 600-dən yuxarı keçid balı olan ixtisaslarda keçid ballarının 1-2 bal azalacağı gözlənilir”.

Uluyol.info xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 500-600 bal intervalında isə təxminən 16 bala qədər azalma müşahidə oluna bilər:

“400-500 bal aralığında da keçid ballarının təxminən 5 bal aşağı düşəcəyi proqnozlaşdırılır. Bunun əksinə olaraq, 300-400 bal intervalında keçid ballarının artacağı gözlənilir. Çünki bu bal aralığında nəticə göstərən abituriyentlərin sayı artıb və bu da müsabiqə şəraitinə təsir göstərə bilər”.

“İkinci ixtisas qrupu üzrə demək olar ki, bütün bal intervallarında keçid ballarında cüzi azalma proqnozlaşdırılır. Bu azalma əsasən 1-3 bal arasında dəyişə bilər. 300-400 bal intervalında isə keçid ballarının 12 bala qədər düşməsi mümkündür. Lakin 200-300 bal aralığında vəziyyət fərqlidir. Bu intervalda nəticə göstərən abituriyentlərin sayı artdığı üçün müsabiqə güclənə bilər və nəticədə keçid ballarında 3-4 ballıq artım gözlənilir”, – deyə DİM sədri vurğulayıb.

Onun sözlərinə görə, üçüncü ixtisas qrupu üzrə 600-dən yuxarı keçid balı olan ixtisaslarda balların 3-4 bal azalması mümkündür:

“Ancaq 500-600 bal intervalında nəticələr daha sıxdır və burada keçid ballarının 3-4 bal artacağı ehtimal edilir. Eyni zamanda 400-500, 300-400 və 200-300 bal intervallarında da keçid ballarının təxminən 1-8 bal artacağı proqnozlaşdırılır”.

“Dördüncü ixtisas qrupu üzrə isə müsabiqə vəziyyəti daha gərgindir. Hazırda apellyasiya nəticələri açıqlanmasa da, artıq 1000-dən çox abituriyent 600-dən yuxarı bal toplayıb. Buna görə də 600-dən yuxarı keçid balı olan ixtisaslarda keçid ballarının 15-17 bala qədər artacağı gözlənilir. Məsələn, ötən il hər hansı bir ixtisasa 605 balla qəbul mümkün idisə, bu il həmin ixtisasa qəbul üçün daha yüksək bal tələb oluna bilər. 500-600 bal intervalında da keçid ballarında artım gözlənilir. Bununla yanaşı, 400-500 bal intervalında keçid ballarının ötən illə müqayisədə əsasən sabit qalacağı, 200-300 bal intervalında isə müəyyən qədər azalacağı proqnozlaşdırılır”, – M.Abbaszadə əlavə edib.