00:00 · 29.07.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Rusiya Xarici Kəşfiyyatı Ermənistana qarşı rəsmən hərəkətə keçdi – səssiz savaş başlayırİran Hörmüz boğazına yaxınlaşan Avropa gəmilərini qanuni hədəf elan edibHacan Hacısoy vəfat etdiBakıda gilas 12 manata satılır, rayonlarda kamazla zibilliyə atırlar — Səbəb nədir?Samir Tağızadə ölkə üzrə yeganə 700 bal toplayan abituriyent olduŞərurlu İsfəndiyarın şirkəti Sumqayıtda kütləvi ağac kəsimi qalmaqalında — VİDEOTürkiyənin planı İsraili qorxuya saldı – bu ölkə uğrunda savaş başlayırBölgələrdə böhran: Niyə müəllim çatışmır?Milli Qvardiyanın ilk komandanı vəfat etdiAteş yanıyor, o duman tütüyor12 iyul imtahan nəticələri açıqlandı – 17 nəfər 400 bal topladıƏliyevlə Putin telefonla danışdıRusiya Xarici Kəşfiyyatı Ermənistana qarşı rəsmən hərəkətə keçdi – səssiz savaş başlayırİran Hörmüz boğazına yaxınlaşan Avropa gəmilərini qanuni hədəf elan edibHacan Hacısoy vəfat etdiBakıda gilas 12 manata satılır, rayonlarda kamazla zibilliyə atırlar — Səbəb nədir?Samir Tağızadə ölkə üzrə yeganə 700 bal toplayan abituriyent olduŞərurlu İsfəndiyarın şirkəti Sumqayıtda kütləvi ağac kəsimi qalmaqalında — VİDEOTürkiyənin planı İsraili qorxuya saldı – bu ölkə uğrunda savaş başlayırBölgələrdə böhran: Niyə müəllim çatışmır?Milli Qvardiyanın ilk komandanı vəfat etdiAteş yanıyor, o duman tütüyor12 iyul imtahan nəticələri açıqlandı – 17 nəfər 400 bal topladıƏliyevlə Putin telefonla danışdı
İqtisadiyyat

Bakıda gilas 12 manata satılır, rayonlarda kamazla zibilliyə atırlar — Səbəb nədir?

Yay mövsümündə bəzi meyvələrin, xüsusilə də gilasın bazar qiyməti yüksək olaraq qalır. Hazırda bazarlarda gilasın orta satış qiyməti 7-8 manat civarındadır. Bununla yanaşı, sosial şəbəkələrdə satılmayan gilasların yük maşınları ilə zibilə atıldığını əks etdirən görüntülər yayılıb.

Bu vəziyyət istehsal, satış və məhsulun bazara çıxarılması prosesində hansı problemlərdən xəbər verir?

Kənd təsərrüfatı eksperti Cəfər İbrahimli Demokrat.az-a açıqlamasında bildirib ki, bu il hava şəraiti bu meyvələr üçün o qədər də uğurlu olmadı:

“Buna görə də məhsuldarlığın əvvəlki illərlə müqayisədə aşağı olacağı gözlənilir. Lakin bunun kompensasiyası digər tərəfdən son iki-üç ildə əkilmiş yeni bağ sahələri hesabına mümkün ola bilər. Yəni həmin meyvə bağlarının sahəsi artıb və artıq yeni məhsullar əldə olunur. Bu da məhsuldarlıq aşağı olsa belə, ümumi istehsalın əvvəlki illərin səviyyəsində qalmasını təmin edə bilər. İkinci məsələ qiymətlərlə bağlıdır. Mövsümü keçən illə müqayisə etdikdə, qiymət dəyişikliklərində ciddi fərq müşahidə etmirik. Təxminən ötən il də bu dövrdə həmin məhsulların bazarlardakı qiyməti eyni səviyyədə olub”.

Ekspertin sözlərinə görə, meyvənin satışı ilə bağlı müəyyən çətinliklər ola bilər:

“Çünki bu məhsullar təzə meyvədir və saxlanma müddəti çox məhduddur. Onların ömrünü uzatmaq üçün əsas imkanlardan biri dondurucularda saxlanılmasıdır. Ölkədə kifayət qədər dondurucu imkanları var və bu üsulla məhsulun xarab olma müddətini müəyyən qədər uzatmaq mümkündür. Digər vacib məsələ isə ixracla bağlıdır. Bildiyiniz kimi, bu məhsullar daha çox ənənəvi bazarlara, xüsusilə Rusiyaya ixrac olunurdu. Rusiyada alıcılıq qabiliyyətinin aşağı düşməsi kimi amillər ixrac imkanlarına təsir göstərə bilər. Bu, dəqiq məlumat deyil, amma ehtimal olunur ki, ixracın sərfəliliyi azaldığı üçün məhsul daha çox daxili bazara yönəlib. Bu da bazarda bolluğun yaranmasına və məhsulun satışında müəyyən çətinliklərə səbəb olmuş ola bilər. Bu məsələlərin həllində ən vacib istiqamətlərdən biri emal sənayesinin inkişafıdır. Yəni bu tip kənd təsərrüfatı məhsullarının emala yönəldilməsi və onlardan hazır məhsulların istehsal olunması vacibdir. Emal sahəsindəki çətinliklər uzun illərdir kənd təsərrüfatının bu istiqamətlərində müəyyən problemlər yaradır. Lakin kənd təsərrüfatı ilə bağlı yeni hazırlanan proqramda 2030-cu ilə qədər emal sənayesinin inkişafına və ümumilikdə aqrar sahəyə ciddi dəstək verilməsi nəzərdə tutulur. Bu istiqamətdə işlər həyata keçirildiyi təqdirdə, hesab edirəm ki, belə yaş məhsulların gələcəkdə bu cür problemlərlə üzləşməsi daha az müşahidə olunacaq”.

Şərh Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir