00:00 · 03.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdiProfessor etibarlı məlumat mənbələrinin azlığından gileyləndi – çıxış yolu nədir?Laçında itkin düşən əsgər Zəngəzurun Şəki kəndində saxlanıldı – kəndin ağır tarixiİran Trampın təklifini RƏDD ETDİ: Bütün planlar alt-üst olduDTX xəbərdarlıq YAYDI – VİDEOOrbanın başı DƏRDDƏ – Cinayət işi açılırXidmət sektorunda əlavə ödənişlər: Müştəri nəyi əvvəlcədən bilməlidir?İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir…Türkiyə və Azərbaycanın arasına girmək istəyənlərə ox kimi cavablarXəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir“Fənərbaxça” bu heyətlə Bakıya gələcəkPutin – Tramp görüşü ilə bağlı Kremldən açıqlamaFransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdiProfessor etibarlı məlumat mənbələrinin azlığından gileyləndi – çıxış yolu nədir?Laçında itkin düşən əsgər Zəngəzurun Şəki kəndində saxlanıldı – kəndin ağır tarixiİran Trampın təklifini RƏDD ETDİ: Bütün planlar alt-üst olduDTX xəbərdarlıq YAYDI – VİDEOOrbanın başı DƏRDDƏ – Cinayət işi açılırXidmət sektorunda əlavə ödənişlər: Müştəri nəyi əvvəlcədən bilməlidir?İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir…Türkiyə və Azərbaycanın arasına girmək istəyənlərə ox kimi cavablarXəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir“Fənərbaxça” bu heyətlə Bakıya gələcəkPutin – Tramp görüşü ilə bağlı Kremldən açıqlama
Ölkə

Bakıda kabab evində farşdan at DNT-si çıxdı

Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 114 ünvanında fəaliyyət göstərən fiziki şəxs Nəbiyev Ağaisa Əlisa oğluna məxsus “İbrahim Tatlışiş” kabab evində yoxlama keçirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı istifadə olunan farşın keyfiyyət və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlər təqdim edilməyib.

“Məhsullardan götürülən nümunələrin laborator müayinəsi nəticəsində ətdə at DNT-si aşkarlanıb. Bundan əlavə, müəssisədə izlənmə sisteminin tətbiq edilmədiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub və müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Qeyd edək ki, həmin obyektin sahibi 2025-ci ilin may ayında keçirilən yoxlama zamanı da at DNT-si aşkarlanması faktına görə məsuliyyətə cəlb olunmuşdu”, – deyə məlumatda qeyd edilib.