00:00 · 23.08.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Kuşatılmış ulus: TürklerÖlkədə mənzil tələbi ilə təklif arasında fərq artır — AçıqlamaErmənistan Türkiyə ilə sərhədi açmağa hazırlaşırBakıda kabab evində farşdan at DNT-si çıxdıZal Yusifovun oğlunun işində yeni detallar: “Məndən 350 min istədi”Dünya bazarında şəkərin qiyməti kəskin ARTDI: Son 15 ayın ən yüksək həddiNetanyahu Türkiyəyə xəbərdarlıq etdi“Qarabağ” – “Tvente” oyununun biletləri satışa çıxarılıbBakıda külək güclənəcək – XƏBƏRDARLIQ“Kardiologiya”da qalmaqal: Həkimlər direktoru məhkəməyə verdi – 80 yaşlı kardioloqa alkoqol ittihamı?Kiberdələduzluq hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət – FOTOKolleclərə qeydiyyat başlayıbKuşatılmış ulus: TürklerÖlkədə mənzil tələbi ilə təklif arasında fərq artır — AçıqlamaErmənistan Türkiyə ilə sərhədi açmağa hazırlaşırBakıda kabab evində farşdan at DNT-si çıxdıZal Yusifovun oğlunun işində yeni detallar: “Məndən 350 min istədi”Dünya bazarında şəkərin qiyməti kəskin ARTDI: Son 15 ayın ən yüksək həddiNetanyahu Türkiyəyə xəbərdarlıq etdi“Qarabağ” – “Tvente” oyununun biletləri satışa çıxarılıbBakıda külək güclənəcək – XƏBƏRDARLIQ“Kardiologiya”da qalmaqal: Həkimlər direktoru məhkəməyə verdi – 80 yaşlı kardioloqa alkoqol ittihamı?Kiberdələduzluq hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət – FOTOKolleclərə qeydiyyat başlayıb
Mövqe

Bakıdakı gizli görüşə Müsavatdan reaksiya – Divanın gündəliyi

İyulun 27-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.  İclasda əvvəlcə qərarların icrası və təşkilati işlər barədə məlumat dinlənilib.

Bildirilib ki, partiyanın Cəlilabad rayon təşkilatında gənclər özəyi təsis edilib. Təsis toplantısında başqan müavini Razim Əmiraslanlı və Müsavat Gənclər  Təşkilatının rəhbərliyi iştirak edib. 

Ölkədə və regionda baş verən hadisələr müzakirə olunub.

Siyasi məhbusların məhkəmə prosesləri barədə məlumat dinlənilib. Həbsdə olan jurnalistlər Ramin Deko  və Fatimə Mövlamlının məhkəmədəki yüksək səviyyəli çıxışları qeyd edilib. Tofiq Yaqublu, Ələsgər Məmmədli, Aynur Elgünəş, Aytac Tapdıq, Ülviyyə Əli və digər məhbusların  səhhətindəki problemlərin aradan qaldırılmasına şərait yaradılması tələb edilib.

İyulun ortalarında Bakıda Almaniya və Rusiyanın tanınmış rəsmi şəxsləri arasında gizli görüş haqda məlumatlar təhlil edilib. Qeyd edilib ki, indiki şəraitdə həmin görüşün  Azərbaycan  hakimiyyətindən xəbərsiz keçirilməsi inandırıcı deyil. Müsavat Partiyası hesab edir ki, həmin görüşün məqsədləri barədə ictimaiyyətə məlumat verilməlidir. Əgər bu görüş Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin dayandırılmasına xidmət edirsə və bu barədə rəsmi Kiyevə məlumat verilibsə, həmin təşəbbüs təqdir edilə bilər. Lakin əgər bu gizli görüşün mövzuları Almaniya və Rusiya arasında hansısa məsələlərin həlli, o cümlədən işğalçı dövlətə qarşı sanksiyaların yumşaldılmasıdırsa və bu görüş Ukraynanın məlumatı olmadan keçirilibsə Azərbaycanın bu məsələdə hər hansı formada iştirakı yolverilməzdir. 

Azərbaycan hakimiyyəti həmçinin Xəzər dənizinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində addımlar atmalı, İrandan işğalçı Rusiyaya bu marşrutla silah-sursat daşınmasına yol verilməməlidir. 

Sonda cari məsələlər müzakirə olunub.