00:00 · 23.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Qarabağa 140 silahlı ilə gəldilər, 29-u öldürüldü – Erməni “Muş” dəstəsinin qanlı dosyesiPlastik çay paketlərinin görünməyən təhlükəsiXalq artistinin vəziyyəti ağır olaraq qalırAzərbaycanda internet bahalaşdı – QİYMƏTLƏRBu xəstəliyin erkən mərhələsində yeni müalicə üsulu təqdim EDİLDİMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMARonaldo özünə saray tikdirir – 30 milyon avroluq layihəMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMAMirzoyan: “Azərbaycan tələb etmir, şərt qoyur”10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?Mirzoyandan Nəsimi Musayevlə bağlı iddiaAlmalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı? – Foto/VideoQarabağa 140 silahlı ilə gəldilər, 29-u öldürüldü – Erməni “Muş” dəstəsinin qanlı dosyesiPlastik çay paketlərinin görünməyən təhlükəsiXalq artistinin vəziyyəti ağır olaraq qalırAzərbaycanda internet bahalaşdı – QİYMƏTLƏRBu xəstəliyin erkən mərhələsində yeni müalicə üsulu təqdim EDİLDİMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMARonaldo özünə saray tikdirir – 30 milyon avroluq layihəMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMAMirzoyan: “Azərbaycan tələb etmir, şərt qoyur”10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?Mirzoyandan Nəsimi Musayevlə bağlı iddiaAlmalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı? – Foto/Video
Cəmiyyət

“Blue Residence” sakinlərindən NARAZILIQ: Evin çıxarışı üçün pul tələb edirlər – Foto

“Blue Residence” mənzillərin çıxarışını vermək üçün sakinlərdən pul tələb edir.

Tribuna.az-a xəbər verir ki, bu barədə sözügedən kompleksin sakini olan Esmira adlı xanım bildirib. Şikayət səhifəsində bu barədə yazan sakin qeyd edib ki, şirkət rəhbəri sakinlərdən qanunsuz olaraq pul yığır:

“Mənzil alırsan min cür fırıldaqla rastlaşırsan. “Blue Residence”dən ev almışıq. Lakin rəhbərliyi sakinlərdən mənzillərin çıxarışını almaq üçün pul tələb edir. Bizdən 3 otaqlı mənzilə görə 900 manat istəyiblər. Onlar qanunsuz pul alırlar sakinlərdən.
Bundan əlavə, Bakıya güclü yağışlar yağanda yağışın suyu pəncərələrin açılmayan yerlərindən içəri doldu.
Azərbaycan Respublikasının Baş Prokurorluğuna da şikayət yazmışam.
Ondan əlavə olaraq, alqı-satqı müqaviləsində mənzilin sahəsi daha çox yazılıb mənzilin çəxarışını alanda isə sahə daha az göstərilir. Yəni sakinləri pulda da, mənzilin sahəsində də aldadırlar. Bununla da bağlı məhkəməyə müraciət olunacaq, çünki Nazirlər Kabinetinin qərarına uyğun hesablamayıblar evin kvadratını”.

Qarşı tərəfi dinləməyə hazırıq.