00:00 · 16.08.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Türk milleti neleri kaybetdi?“Yarımçıq qalan ömür, bitməyən mübarizə”“Kökü sağlam olan milletler fırtınadan korkmaz”- Ali İhsan ÖztürkVaşinqton Rusiya və İrana qarşı sanksiyaları SƏRTLƏŞDİRİRAzyaşlı şəkər xəstəsi olduğu üçün “Barama” uşaq bağçasından kənarlaşdırılıb (VİDEO)Türkiyə bayraqlı gəmiyə dron zərbələri – Qara dənizdə gərginlik artırBaşkənd zəfəri: Gədəbəyi işğaldan xilas edən o tarixi əməliyyatdan…Bu il Azərbaycanda tikinti materiallarının nə qədər bahalaşdığı açıqlandı – QİYMƏTLƏRAli Məhkəmədən müəlliflik hüququ ilə bağlı – Mühüm qərar“Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin…” – Stanislavskidən aforizmlərDünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?Mal əti bahalaşıb – VİDEOTürk milleti neleri kaybetdi?“Yarımçıq qalan ömür, bitməyən mübarizə”“Kökü sağlam olan milletler fırtınadan korkmaz”- Ali İhsan ÖztürkVaşinqton Rusiya və İrana qarşı sanksiyaları SƏRTLƏŞDİRİRAzyaşlı şəkər xəstəsi olduğu üçün “Barama” uşaq bağçasından kənarlaşdırılıb (VİDEO)Türkiyə bayraqlı gəmiyə dron zərbələri – Qara dənizdə gərginlik artırBaşkənd zəfəri: Gədəbəyi işğaldan xilas edən o tarixi əməliyyatdan…Bu il Azərbaycanda tikinti materiallarının nə qədər bahalaşdığı açıqlandı – QİYMƏTLƏRAli Məhkəmədən müəlliflik hüququ ilə bağlı – Mühüm qərar“Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin…” – Stanislavskidən aforizmlərDünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?Mal əti bahalaşıb – VİDEO
Hava

Bu tarixdən havalar dəyişir – İstilər bitir

Azərbaycanda müşahidə olunan isti hava şəraitinin nə vaxt dəyişəcəyi ilə bağlı suallar davam edir.

Uluyol.info xəbər verir ki, mövzu ilə bağlı Ajans.az-a danışan AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev xalq arasında “yayın yarısı” kimi tanınan dövrə yaxınlaşıldığını bildirib.

Onun sözlərinə görə, ayın 5-6-sı, 6-7-si arası yayın yarısı hesab olunur. El arasında buna “quyruq dondu” deyirlər. Bundan sonra gecələr sərinləşir, şeh düşür. Gecələr sərin olanda insanlar rahat yatır, gündüz də özlərini daha gümrah hiss edirlər.

Mütəxəssis hesab edir ki, hazırkı kəskin istilər uzun çəkməyəcək:

“Mənə elə gəlir ki, bir neçə gündən sonra artıq hava tədricən düzələcək. Yayın yarısından sonra yavaş-yavaş payıza doğru gedirik. Kəskin istilər azalacaq.”
Ənvər Əliyev son illər geniş müzakirə olunan iqlim dəyişikliyi məsələsinə də münasibət bildirib. Onun fikrincə, hazırda müşahidə olunan hava hadisələri iqlim dəyişikliyindən deyil, əvvəllər də baş vermiş təbii təkrarlanmalardan qaynaqlanır:

“İqlim dəyişikliyi adlandırılan məsələ ilə razı deyiləm. Belə yağıntılar, daşqınlar əvvəllər də olub. Yaşlı insanlar 1957-ci, 1964-cü illərdə də oxşar hadisələrin baş verdiyini xatırlayırlar. Bunlar təkrarlanan təbiət hadisələridir.”

Sonda Ə.Əliyev vətəndaşlara narahat olmamağı tövsiyə edib:

“Mənə elə gəlir ki, yavaş-yavaş artıq sərinliyə doğru gedirik. Hər şey yaxşı olacaq, narahat olmağa dəyməz.”

Mövzu ilə bağlı danışan AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bildirib ki, xalq arasında “yayın yarısı” kimi tanınan dövrə yaxınlaşılır və bundan sonra gecələrin daha sərin keçməsi gözlənilir. Onun sözlərinə görə, ayın 5-6-sı, 6-7-si arası yayın yarısı hesab olunur. El arasında buna “quyruq dondu” deyirlər. Bundan sonra gecələr sərinləşir, şeh düşür. Gecələr sərin olanda insanlar rahat yatır, gündüz də özlərini daha gümrah hiss edirlər.

Mütəxəssis hesab edir ki, hazırkı kəskin istilər uzun çəkməyəcək:

“Mənə elə gəlir ki, bir neçə gündən sonra artıq hava tədricən düzələcək. Yayın yarısından sonra yavaş-yavaş payıza doğru gedirik. Kəskin istilər azalacaq.”

Ənvər Əliyev son illər geniş müzakirə olunan iqlim dəyişikliyi məsələsinə də münasibət bildirib.

Onun fikrincə, hazırda müşahidə olunan hava hadisələri iqlim dəyişikliyindən deyil, əvvəllər də baş vermiş təbii təkrarlanmalardan qaynaqlanır: “İqlim dəyişikliyi adlandırılan məsələ ilə razı deyiləm. Belə yağıntılar, daşqınlar əvvəllər də olub. Yaşlı insanlar 1957-ci, 1964-cü illərdə də oxşar hadisələrin baş verdiyini xatırlayırlar. Bunlar təkrarlanan təbiət hadisələridir.”

Sonda Ə.Əliyev vətəndaşlara narahat olmamağı tövsiyə edib: “Mənə elə gəlir ki, yavaş-yavaş artıq sərinliyə doğru gedirik. Hər şey yaxşı olacaq”.