00:00 · 30.09.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Türkiyədə böyük hesablaşma – Bir gündə 9 bələdiyyə sədri…Cənub Şimalı danışıqlara çağırdı – “Masaya əyləşin”“Sabah” – “Qarabağ” oyunu harada keçiriləcək?ABŞ senatorlarından Azərbaycana siyasi məhbus tələbi“Seliverstov” maxinasiyaları : Şəlalə Hüseynovanın şəbəkədəki rolu – SENSASİON TƏFƏRRÜATOktyabrda hava necə olacaq?Vasif Talıbovun işdən çıxarılan yaxın adamının əmlaklarının SİYAHISI YAYILDIQubad İbadoğlu haqda qərar dəyişdi – Almaniyaya getdiƏvəz Zeynallı dəfn olundu-FOTOLARKitab oxuyana 10 milyon verəcəklər– Ölkədə böyük yarış gedirBioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandıYerli istehsal niyə sərfəli deyil? — Natiq CəfərliTürkiyədə böyük hesablaşma – Bir gündə 9 bələdiyyə sədri…Cənub Şimalı danışıqlara çağırdı – “Masaya əyləşin”“Sabah” – “Qarabağ” oyunu harada keçiriləcək?ABŞ senatorlarından Azərbaycana siyasi məhbus tələbi“Seliverstov” maxinasiyaları : Şəlalə Hüseynovanın şəbəkədəki rolu – SENSASİON TƏFƏRRÜATOktyabrda hava necə olacaq?Vasif Talıbovun işdən çıxarılan yaxın adamının əmlaklarının SİYAHISI YAYILDIQubad İbadoğlu haqda qərar dəyişdi – Almaniyaya getdiƏvəz Zeynallı dəfn olundu-FOTOLARKitab oxuyana 10 milyon verəcəklər– Ölkədə böyük yarış gedirBioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandıYerli istehsal niyə sərfəli deyil? — Natiq Cəfərli
Kriminal

Bunu edənləri 8 ilədək həbs gözləyir

Azərbaycan qanunvericiliyinə əsasən, insan orqan və toxumalarının alqı-satqısı, bu məqsədlə elanların verilməsi və ya kommersiya sövdələşmələrinə girilməsi qəti şəkildə qadağandır və ağır cinayət məsuliyyətinə səbəb olur.

“Yeni Sabah” xəbər verir ki, bu sahədə əsas tənzimləyici akt “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunudur. Donorluq yalnız qarşılıqsız (ödənişsiz), könüllü və humantar məqsədlərlə həyata keçirilə bilsə də, orqanın satışı və ya maddi mənfəət müqabilində təklif edilməsi birbaşa cinayət məsuliyyəti yaradır.

Cinayət Məcəlləsinin 137-ci maddəsi (İnsan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası): 

137.1-ci maddə: İnsan orqanlarının və ya toxumalarının, habelə donor orqanların alqı-satqısı (maddi mükafat müqabilində satılması və ya alınması) — 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır;

Ağırlaşdırıcı hallar (137.2 və 137.3): Əgər bu əməl təhdid, məcburetmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya kütləvi informasiya vasitələri/internet resursları vasitəsilə reklam/elan şəklində təşkil olunarsa, cəza 5 ildən 8 ilədək (və ya daha artıq) azadlıqdan məhrumetməyə qədər artırılır.

Azərbaycanda canlı donordan orqan götürülməsi yalnız pasiyentin yaxın qohumları arasında və tibbi mütəxəssislər komissiyasının ciddi nəzarəti altında, tamamilə ödənişsiz əsaslarla mümkündür. Internetdə, sosial şəbəkələrdə və ya digər vasitələrlə “orqan satıram” məzmunlu elanların yerləşdirilməsi hüquq-mühafizə orqanları tərəfindən cinayət tərkibli əməl kimi qiymətləndirilir.

Xatırladaq ki, bir neçə gün öncə, Azərbaycanda böyrəyini satmaq istəyən şəxs 6000 manat cərimələnib. Bununla bağlı Xətai Rayon Məhkəməsi qərar çıxarıb.