00:00 · 01.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
İran ABŞ və İsrailə xəbərdarlıq etdi: “Bu dəfə hücumu gözləməyəcəyik” – FotoQazaxıstan Xəzərdə genişmiqyaslı əməliyyat keçirdi: 44 gəmi saxlanıldıFransada yarım milyon insan yenidən küçələrə çıxdı – 70 min polis cəlb edildiHakimiyyətdən getdi, böyük təmizləmə başladıSuriya Məkkə Müdafiə Alyansına qoşula BİLƏRAlmaniyanın 30-dan çox şəhərində gənclər etiraza qalxdıSavalan dağının yüksəklikləri 25 santimetr qarla örtülübSabahdan Türkiyədə 15 yaşdan kiçiklər sosial şəbəkələrə girə bilməyəcəklərMKA “Apple” cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib“Mətanət A” işçilərin maaşının bir hissəsini depozit saxlayırmış: “İndi də pulu qaytarmır”Nəriman Həsənzadə “Ocağın bir oda ehtiyacı var”“Atom bombası hazırlamaq bizim üçün oyuncaqdır” – Laricaniİran ABŞ və İsrailə xəbərdarlıq etdi: “Bu dəfə hücumu gözləməyəcəyik” – FotoQazaxıstan Xəzərdə genişmiqyaslı əməliyyat keçirdi: 44 gəmi saxlanıldıFransada yarım milyon insan yenidən küçələrə çıxdı – 70 min polis cəlb edildiHakimiyyətdən getdi, böyük təmizləmə başladıSuriya Məkkə Müdafiə Alyansına qoşula BİLƏRAlmaniyanın 30-dan çox şəhərində gənclər etiraza qalxdıSavalan dağının yüksəklikləri 25 santimetr qarla örtülübSabahdan Türkiyədə 15 yaşdan kiçiklər sosial şəbəkələrə girə bilməyəcəklərMKA “Apple” cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib“Mətanət A” işçilərin maaşının bir hissəsini depozit saxlayırmış: “İndi də pulu qaytarmır”Nəriman Həsənzadə “Ocağın bir oda ehtiyacı var”“Atom bombası hazırlamaq bizim üçün oyuncaqdır” – Laricani
Kriminal

Qazaxıstan Xəzərdə genişmiqyaslı əməliyyat keçirdi: 44 gəmi saxlanıldı

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Xəzər dənizində qanunsuz fəaliyyətin qarşısının alınması məqsədilə xüsusi əməliyyat-profilaktik tədbirlər keçirib.

Uluyol.info Zakon.kz-yə istinadən xəbər verir ki, qurumun oktyabrın 31-də yaydığı məlumata görə, Xəzər dənizində qanunsuz fəaliyyətlə mübarizə çərçivəsində fəal tədbirlər görülür.

“Cari ilin oktyabr ayında dövlət orqanları ilə birgə keçirilən əməliyyat-profilaktik tədbirlər nəticəsində 126 hüquqpozucu və 44 kiçik ölçülü gəmi saxlanılıb. 11.5 kiloqram narkotik vasitə, həmçinin brakonyerlikdə istifadə olunan, ümumi uzunluğu 88 kilometr olan balıq ovu torları müsadirə edilib. Torlarda aşkarlanan nərə və digər balıq növlərinə aid 2 337 balıq təbii yaşayış mühitinə buraxılıb”, – deyə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətindən bildirilib.

Qurumun məlumatına görə, 4.5 milyon tengedən (təxminən 16 875 manat) çox inzibati cərimə tətbiq edilib.

“Dövlətə dəyməsi mümkün olan 840 milyon tengedən (təxminən 3.16 milyon manat) çox ziyanın qarşısı alınıb”, – deyə məlumatda qeyd olunub.

Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Qazaxıstan vətəndaşlarını dənizdə müəyyən edilmiş rejimlərə riayət etməyə çağırıb.

(oxu.az)