00:00 · 23.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Qarabağa 140 silahlı ilə gəldilər, 29-u öldürüldü – Erməni “Muş” dəstəsinin qanlı dosyesiPlastik çay paketlərinin görünməyən təhlükəsiXalq artistinin vəziyyəti ağır olaraq qalırAzərbaycanda internet bahalaşdı – QİYMƏTLƏRBu xəstəliyin erkən mərhələsində yeni müalicə üsulu təqdim EDİLDİMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMARonaldo özünə saray tikdirir – 30 milyon avroluq layihəMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMAMirzoyan: “Azərbaycan tələb etmir, şərt qoyur”10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?Mirzoyandan Nəsimi Musayevlə bağlı iddiaAlmalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı? – Foto/VideoQarabağa 140 silahlı ilə gəldilər, 29-u öldürüldü – Erməni “Muş” dəstəsinin qanlı dosyesiPlastik çay paketlərinin görünməyən təhlükəsiXalq artistinin vəziyyəti ağır olaraq qalırAzərbaycanda internet bahalaşdı – QİYMƏTLƏRBu xəstəliyin erkən mərhələsində yeni müalicə üsulu təqdim EDİLDİMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMARonaldo özünə saray tikdirir – 30 milyon avroluq layihəMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMAMirzoyan: “Azərbaycan tələb etmir, şərt qoyur”10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?Mirzoyandan Nəsimi Musayevlə bağlı iddiaAlmalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı? – Foto/Video
Ölkə

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılıb

2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılıb.

Oxu.Az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Qərarda əksini tapıb.

Qərara əsasən, Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibi təsdiq edilib:

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibi

– Komissiyanın sədri Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini;

– Komissiya sədrinin müavini – Azər Mursaqulov – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri;

– Komissiyanın üzvləri:

– Azərbaycan Respublikası maliyyə nazirinin müavini;

– Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini;

– Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini;

– Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini;

– Azərbaycan Respublikası müdafiə nazirinin müavini Azərbaycan Respublikası daxili işlər nazirinin müavini;

– Azərbaycan Respublikası ədliyyə nazirinin müavini;

– Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini;

– Azərbaycan Respublikası xarici işlər nazirinin müavini;

– Azərbaycan Respublikası səhiyyə nazirinin müavini;

– Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini;

– Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini;

– Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini;

– Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini;

– Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini;

– Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini;

– Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini;

– Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini;

– Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyəti sədrinin müavini;

– Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini;

– Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini;

– Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini;

– Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini;

– Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini;

– Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini;

– Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini;

– Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini;

– “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini;

– “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini;

– Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini.

Qərarla, eyni zamanda, rejimli obyektlərdə əhalinin siyahıyaalınmasının keçirilməsini təmin edən dövlət orqanlarının (qurumlarının) siyahısı da müəyyənləşib:

– Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;

– Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;

– Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

– Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

– Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;

– Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti;

– Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;

– Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti;

– Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti;

– Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.