00:00 · 15.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Din seçim, türklük kaderdir !Hindistanda əsrlər boyu əfsanələrə mövzu olan batmış şəhərin izləri tapıldıNiyə rüşvətə yox, hicaba qarşı tədbirlər görülür…Alman rəhbərlər ölümə belə göndərildi – Dar ağacları düzgün quraşdırılmamışdıZelenskinin atəşkəsdən xəbəri yox imiş…Əzmin yüz on beş illik salnaməsiNepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər varSabahın havası – Yağış, şimşək, dumanƏr-Riyad hava limanına hücumlarda 12 nəfər həlak olub, 300-dən çox şəxs yaralanıbKadırov Bakıya niyə gəldi? – SƏBƏBLƏRGöygöldən sonra Goranboy: Bu şirkət bir həftədə iki tender üzrə 1,2 milyonluq sifariş alıbAzərbaycan kürü istehsalını son 5 ildə 36 dəfə artırıbDin seçim, türklük kaderdir !Hindistanda əsrlər boyu əfsanələrə mövzu olan batmış şəhərin izləri tapıldıNiyə rüşvətə yox, hicaba qarşı tədbirlər görülür…Alman rəhbərlər ölümə belə göndərildi – Dar ağacları düzgün quraşdırılmamışdıZelenskinin atəşkəsdən xəbəri yox imiş…Əzmin yüz on beş illik salnaməsiNepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər varSabahın havası – Yağış, şimşək, dumanƏr-Riyad hava limanına hücumlarda 12 nəfər həlak olub, 300-dən çox şəxs yaralanıbKadırov Bakıya niyə gəldi? – SƏBƏBLƏRGöygöldən sonra Goranboy: Bu şirkət bir həftədə iki tender üzrə 1,2 milyonluq sifariş alıbAzərbaycan kürü istehsalını son 5 ildə 36 dəfə artırıb
İdman

“Euronews” “Sabah”ın uğur hekayəsindən bəhs edən yazı hazırlayıb

“Sabah” futbol klubunun Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsi Avropa futbolunda gözlənilməz uğur kimi qiymətləndirilir.

Musavat.com xəbər verir ki, bu barədə “Euronews” kanalının yayımladığı məqalədə deyilir.

Bildirilir ki, klub Bakı klubu 2017-ci ildə yaradılmasına baxmayaraq, qısa müddətdə ölkənin aparıcı komandalarından birinə çevrilib.

“Sabah” pley-off mərhələsində İsrailin “Hapoel Beer Şeva” klubunu iki oyunun nəticəsinə görə 6:4 hesabı ilə məğlub edərək Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

Bununla da klub tarixində ilk dəfə Avropanın ən nüfuzlu klub turnirinin əsas mərhələsində mübarizə aparmaq hüququ əldə edib.

Komandanın baş məşqçisi Valdas Dambrauskasın futboldakı karyerasının başlanğıcı da maraqlı tarixçəyə malikdir. O, 2002-ci ildə Litvada televiziya viktorinasında pul mükafatı qazandıqdan sonra İngiltərəyə gedərək UEFA-nın məşqçilik kurslarında iştirak edib. Daha sonra İngiltərənin “Fulhem” və “Brentford” klublarında, eləcə də “Mançester Yunayted”in akademiyasında çalışıb.

“Sabah” əsas mərhələdə “Barselona”, Dortmund “Borussiya”, “Napoli”, “Arsenal” və “Mançester Yunayted” kimi Avropanın nəhəng klubları ilə qarşılaşacaq.

Klubun uğurunun arxasında böyük maliyyə xərclərindən daha çox düzgün transfer siyasəti, statistika və analitik məlumatlardan istifadə dayandığı vurğulanır.

“Sabah”ın Çempionlar Liqasına yüksəlişi Azərbaycan futbolunun beynəlxalq arenadakı mövqeyinin güclənməsi baxımından da mühüm addım hesab olunur.