00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Səhiyyə

Həkimdən kondisioner xəbərdarlığı: Bu temperaturdan aşağı salmayın

Havaların dəyişkən, əsasən isə isti keçməsi səbəbindən insanlar kondisionerlərdən daha çox istifadə etməyə başlayırlar. Lakin bəzi hallarda sərinləndiricilərdən həddindən artıq və ya düzgün qaydada istifadə olunmur.

Bəs kondisioner üçün sağlamlıq baxımından ən uyğun temperatur neçə dərəcə hesab edilir? Ondan düzgün istifadə edilməməsi hansı xəstəliklərin yaranmasına və ya mövcud xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər?

Həkim-terapevt Şahvələd Məmmədov Redaktor.az-a açıqlamasında bildirdi ki, kondisionerlərdən uzun müddət və düzgün qaydada istifadə olunmaması bir sıra sağlamlıq problemlərinə yol aça bilər.

“Həddindən artıq və düzgün istifadə olunmayan kondisionerlər göz xəstəliklərinə, əzələ, boyun və sinir ağrılarına, burunətrafı ciblərin iltihabı olan sinusit və haymoritə, bronx-ağciyər xəstəliklərinə, eləcə də astmanın kəskinləşməsinə səbəb ola bilər.

Kondisionerlərin otaq şəraitində 24-26 dərəcə temperaturda istifadəsi tövsiyə olunur. Bundan əlavə, qapalı məkanlarda kondisionerdən istifadə zamanı otağın müəyyən qədər havalandırılması vacibdir. Bu səbəbdən pəncərənin qismən açıq saxlanılması məsləhət görülür”.

Həkimin sözlərinə görə, kondisionerlərin filtrləri 4-6 həftədən bir təmizlənməlidir:

“Filtrlər vaxtında təmizlənmədikdə onların üzərində bakteriya və digər mikroorqanizmlər toplana bilər. Bu isə havaya yayılan mikroorqanizmlər vasitəsilə müxtəlif infeksion xəstəliklərin yaranma riskini artırır. Onlardan biri də Legionella pneumophila bakteriyasının törətdiyi legioner xəstəliyidir. Bu bakteriya ilə çirklənmiş su damcılarının nəfəs yolu ilə qəbul edilməsi ağır ağciyər infeksiyasına səbəb ola bilər”.

Aytəkin TOFİQQIZI