00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Səhiyyə

Həkimdən xəbərdarlıq: Ağcaqanad əleyhinə vasitələr sağlamlığa zərər verə bilər

Ağcaqanadların artdığı yay mövsümündə insanlar özlərini qorumaq üçün müxtəlif sprey, fumiqator, aerozol və digər kimyəvi vasitələrdən istifadə edirlər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu vasitələrdən düzgün istifadə edilmədikdə sağlamlıq üçün müəyyən risklər yarana bilər.
Bəs ağcaqanadlara qarşı istifadə olunan kimyəvi vasitələr insan orqanizminə hansı təsirləri göstərə bilər?

Mövzu ilə bağlı açıqlama verən həkim-terapevt Günay Lətifova bildirib ki, ağcaqanadlara qarşı istifadə olunan dərman və kimyəvi vasitələr insan sağlamlığına mənfi təsir göstərir.

Onun sözlərinə görə, bu məhsullar bəzi insanlarda allergik reaksiyalara səbəb olur:

“Kimyəvi vasitələrin təsiri nəticəsində dəridə allergik səpgilər, qızartı və qaşınma yarana bilər. Eyni zamanda, tənəffüs sistemi ilə bağlı xroniki xəstəlikləri olan şəxslərdə bu vasitələr nəfəsalma problemlərini ağırlaşdıra, astma və digər respirator xəstəliklərin əlamətlərini gücləndirər”.
Həkim insanların mümkün qədər kimyəvi vasitələrdən deyil, daha təhlükəsiz alternativlərdən istifadə etməsini tövsiyə edib:

“Dəriyə tətbiq edilən qoruyucu yağlar və losyonlar daha təhlükəsiz seçim hesab olunur. Bu vasitələr həm dərini nəmləndirir, həm də ağcaqanadlardan müəyyən qədər qoruyur. Allergik reaksiya ehtimalı tam istisna edilməsə də, bu hallara nadir rast gəlinir və hər şey insanın fərdi həssaslığından asılıdır”.

Günay Lətifova vurğulayıb ki, kimyəvi preparatlardan uzunmüddətli və davamlı istifadə də məqsədəuyğun deyil:

“Ən doğru yanaşma profilaktik tədbirlərə üstünlük verməkdir. Evlərdə pəncərə və qapılara torların quraşdırılması, ağcaqanadların yaşayış məkanına daxil olmasının qarşısını almaq kimyəvi vasitələrə ehtiyacı əhəmiyyətli dərəcədə azaldır. Bu, həm daha təhlükəsiz, həm də sağlamlıq baxımından daha məqsədəuyğundur”.//konkret.az