00:00 · 21.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
İsrail İrana qarşı yeni əməliyyat hazırlayır? – Netanyahu Trampla danışdıMessi və Ronaldu bütün dövrlərin ən yaxşısı adına namizədlər arasındaAlberta əyaləti Kanadanın tərkibində qalacaq – referendumÇempionlar Liqası: “Sabah” “Borussiya”ya minimal hesabla uduzdu Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib – Fotolar“Qarabağ” və “Neftçi” cərimələndiİşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addımİran Bəlucistana ordu göndərib “Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı” – Rəşidə BehbudovaFransada etirazlar: Zaxarova Makronu BELƏ ƏLƏ SALDIKarabağ gazisi Atilla Yumak Turan gençliğiyle buluşduTaksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?İsrail İrana qarşı yeni əməliyyat hazırlayır? – Netanyahu Trampla danışdıMessi və Ronaldu bütün dövrlərin ən yaxşısı adına namizədlər arasındaAlberta əyaləti Kanadanın tərkibində qalacaq – referendumÇempionlar Liqası: “Sabah” “Borussiya”ya minimal hesabla uduzdu Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib – Fotolar“Qarabağ” və “Neftçi” cərimələndiİşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addımİran Bəlucistana ordu göndərib “Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı” – Rəşidə BehbudovaFransada etirazlar: Zaxarova Makronu BELƏ ƏLƏ SALDIKarabağ gazisi Atilla Yumak Turan gençliğiyle buluşduTaksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Ədəbiyyat

Hüseyn Arifin şeirləri

ŞEİR DEYİLMİ

Məndən təzə şeir xəbər alan dost,

Bəs yazın gəlməsi şeir deyilmi?!

Gəzməyə çıxanda – çölün, çəmənin

Üzünə gülməsi şeir deyilmi?!

Yenə gözüm qalıb bağçada, bağda,

Min-min gül açıldı aranda, dağda.

Eyvana əyilən çarpaz budaqda

Bülbülün nəğməsi şeir deyilmi?!

Seyr elə hüsnünü göydə durnanın.

Qayada kəkliyin, göldə sonanın.

Aynabənd otaqda gəlin anamın

Şirin laylay səsi şeir deyilmi?!

Dərədə moruq dər, döşdə çiyələk.

Gah yağış xoş gəlir, gah sərin külək.

Yaş ötür, doymayır dünyadan ürək, –

Yaşamaq həvəsi şeir deyilmi?!

Kim deyir şeirin meydanı dardır?

Sonu görünməyən bir ilk bahardır.

Neçə ki, həyat var şeir də vardır,-

Həyatın nəfəsi şeir deyilmi?!

SÖYLƏ, YADINDAMI

Söylə yadındamı o axşam çağı?..

Dinməyən mən oldum, dinən sən oldun.

İlk eşqin ocağı alovlanmamış

Sönməyən mən oldum, sönən sən oldun

Doymamış sabahın tər nəfəsindən,

Sevdalı quşların təranəsindən,

Sözündən, əhdindən, iradəsindən

Dönməyən mən oldum, dönən sən oldun.

Pozuldu ilqarın, dəyişdi andın,

Torpaqda alışıb havada yandın.

Axır gözlərinlə görüb inandın

Enməyən mən oldum, enən sən oldun.

***

Hər kəs bir sükutun yarır bağrını.

Hər mahnı könüldə bir hiss oyadır.

Hər çiçək torpaqda təzə bir naxış.

Qara bir boyadır,ağ bir boyadır.

Dəyişir yerini aylar,fəsillər.

Fəsillər yurdunda yeni nəsillər.

Ötür qərinələr,keçir əsrlər.

Yenə çeşmə-çeşmə,dərya-dəryadır.

Sıxlaşır getdikcə saçlarımda dən.

Baxışımda bulud,gülüşümdə cən.

Axı necə deyim:-Əbədiyəm mən.

Həqiqət-həqiqət,xülya-xülyadır.

Ey qartar,zirvədə möhkəm uç yenə.

Ey çəmən,süfrəni geniş aç yenə.

Ey günəş,varlığa şəfəq saç yenə.

Mən oldum-olmadım dünya dünyadır.