00:00 · 03.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdiProfessor etibarlı məlumat mənbələrinin azlığından gileyləndi – çıxış yolu nədir?Laçında itkin düşən əsgər Zəngəzurun Şəki kəndində saxlanıldı – kəndin ağır tarixiİran Trampın təklifini RƏDD ETDİ: Bütün planlar alt-üst olduDTX xəbərdarlıq YAYDI – VİDEOOrbanın başı DƏRDDƏ – Cinayət işi açılırXidmət sektorunda əlavə ödənişlər: Müştəri nəyi əvvəlcədən bilməlidir?İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir…Türkiyə və Azərbaycanın arasına girmək istəyənlərə ox kimi cavablarXəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir“Fənərbaxça” bu heyətlə Bakıya gələcəkPutin – Tramp görüşü ilə bağlı Kremldən açıqlamaFransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdiProfessor etibarlı məlumat mənbələrinin azlığından gileyləndi – çıxış yolu nədir?Laçında itkin düşən əsgər Zəngəzurun Şəki kəndində saxlanıldı – kəndin ağır tarixiİran Trampın təklifini RƏDD ETDİ: Bütün planlar alt-üst olduDTX xəbərdarlıq YAYDI – VİDEOOrbanın başı DƏRDDƏ – Cinayət işi açılırXidmət sektorunda əlavə ödənişlər: Müştəri nəyi əvvəlcədən bilməlidir?İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir…Türkiyə və Azərbaycanın arasına girmək istəyənlərə ox kimi cavablarXəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir“Fənərbaxça” bu heyətlə Bakıya gələcəkPutin – Tramp görüşü ilə bağlı Kremldən açıqlama
Cəmiyyət

İqtisadçı pensiya sistemində təcili islahatlara çağırdı

“Azərbaycanda pensiya sistemində köklü islahatlara təcili ehtiyac var”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, son illərdə pensiya sahəsində dəfələrlə dəyişikliklər edilsə də, bu günə qədər ədalətli və dayanıqlı sistem formalaşdırmaq mümkün olmayıb:

“Nəticədə yeni pensiya qanunvericiliyinin hazırlanmasına ehtiyac yaranıb. Xüsusilə də yığım hissəsində toplanan vəsaitlərə çıxış imkanları ilə bağlı yeni qaydalar müəyyənləşdirilməlidir. Təqaüd yaşının artırılması deyil, pensiyaların aşağı olması əsas müzakirə mövzusu olmalıdır”.

Natiq Cəfərli vətəndaşların aldığı pensiyaların məbləğinin getdikcə azalmasının ciddi problem olduğunu vurğulayıb:

“Bu problem gələcəkdə daha da dərinləşəcək. Çünki artıq demoqrafik çətinliklər yaranıb. Doğulan uşaqların sayı azalır, əhalinin yaşlanması isə sürətlənir. Azərbaycanda tətbiq olunan sosial həmrəylik prinsipinə görə, hazırda işləyənlər pensiyaçıların təminatını maliyyələşdirirlər. Lakin gələcəkdə doğum səviyyəsinin aşağı düşməsi və ölkədən miqrasiyanın artması səbəbindən işləyənlərin sayı azalacaq. Bu isə pensiya ödənişlərinin maliyyələşdirilməsində ciddi çətinliklər yaradacaq”.

İqtisadçı hesab edir ki, problemin həlli üçün indidən sistemli addımlar atılmalıdır:

“Bu risklərin qarşısını almaq üçün sistemli yanaşmaya və yeni qanunvericilik bazasının yaradılmasına təcili ehtiyac var”.

Bahar Rüstəmli