00:00 · 25.08.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Banka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? – ŞƏRTLƏRAzərbaycanda da satılan bu məhsulda ölümcül bakteriya aşkarlandı – FOTOBirinci sinifə gedəcək uşaqların sayı açıqlandıSmartfonlar bizi dinləyir? Mütəxəssisdən açıqlamaQafqazda əsas savaş yollar uğrunda olacaq – İDDİABakıda mühafizəçi iş yerində ÖLÜ TAPILDIPrezidentin Özbəkistan səfəri başa çatdı (FOTO)Qəbul olmayanlar üçün yeni şans – Tarix açıqlandıƏrzaqların bugünkü qiyməti “10 manatlıq səbət”də – YENİ RUBRİKA, FOTOLARSamirə Qasımlı: “Yazdığım hər sözün arxasındayam”WhatsApp-da YENİLİK – Pul köçürmələri mümkün olacaqNazirin qayını Nihad Hənifəyevin 7,4 milyonluq tenderi – Nazirliyin məlum susqunluğuBanka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? – ŞƏRTLƏRAzərbaycanda da satılan bu məhsulda ölümcül bakteriya aşkarlandı – FOTOBirinci sinifə gedəcək uşaqların sayı açıqlandıSmartfonlar bizi dinləyir? Mütəxəssisdən açıqlamaQafqazda əsas savaş yollar uğrunda olacaq – İDDİABakıda mühafizəçi iş yerində ÖLÜ TAPILDIPrezidentin Özbəkistan səfəri başa çatdı (FOTO)Qəbul olmayanlar üçün yeni şans – Tarix açıqlandıƏrzaqların bugünkü qiyməti “10 manatlıq səbət”də – YENİ RUBRİKA, FOTOLARSamirə Qasımlı: “Yazdığım hər sözün arxasındayam”WhatsApp-da YENİLİK – Pul köçürmələri mümkün olacaqNazirin qayını Nihad Hənifəyevin 7,4 milyonluq tenderi – Nazirliyin məlum susqunluğu
Araşdırma

İsti hava ən çox kimlər üçün təhlükəlidir?

Ekstremal isti hava şəraitində əhalinin ən həssas qrupu tək yaşayan yaşlı insanlardır. Yüksək temperaturun təsiri ilə bağlı ölüm hallarının əksəriyyəti məhz onların arasında qeydə alınır.

Uluyol.info  xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluge bildirib.

“Ən həssas qrup tək yaşayan yaşlı insanlardır. İstidən baş verən ölüm hallarının əksəriyyəti məhz onların arasında qeydə alınır. Bu ölümlər çox vaxt nəzərə çarpmadan, ev şəraitində baş verir, cəsədlər bəzən yalnız saatlar və ya günlər sonra aşkar edilir”, – deyə o qeyd edib.

Ekspert vurğulayıb ki, qadınlar arasında isti hava ilə əlaqədar ölüm göstəricisi kişilərlə müqayisədə təxminən iki dəfə yüksəkdir. Onun sözlərinə görə, bu, qismən qadınların daha uzun ömür sürməsi və yaşlı əhali arasında daha böyük paya malik olması ilə izah olunur.

Hans Kluge əlavə edib ki, hamilə qadınlarda da isti hava erkən doğuş, az çəkili uşağın dünyaya gəlməsi və ölü doğum riskini artırır.

ÜST rəsmisi açıq havada çalışanların – xüsusilə tikinti, kənd təsərrüfatı və logistika sahələrində çalışan şəxslərin də ciddi risk altında olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu insanlar birbaşa isti havanın təsirinə məruz qalırlar və çox vaxt işlərini dayandırmaq, kölgəyə çəkilmək və ya suya çıxış əldə etmək imkanları məhdud olur.