00:00 · 11.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Afrikada Çin nümunəsi: 7 min kilometrlik “Yaşıl divar” yaradılır (FOTO)Alimlər plastikdən almaz əldə etməyin yolunu tapdıEmin Abbasov “Səbail”də prezident müşaviri təyin edildiCorablı, yoxsa corabsız: Ən yaxşı yatma qaydası və bunun səbəbiDünyada əhali qocalır: Alimlər bunu tarixdə görünməmiş proses adlandırırMəşhur aktyorların qazancları üzə çıxdı: Rəqəmlər heyrətləndirdiTrampın İran qərarı neft bazarını silkələdi: Azərbaycanın milyardları təhlükədədir?Türkiyə İsrailə dəvət göndərməkdən imtina etdi“Keçmiş” qazidən ayrı-seçkiliyə etirazAnıtqəbirdə böyük izdiham: Atatürk vəfatının 88-ci ildönümündə yad edilir (FOTO)Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib- FotoAzərbaycan Türkiyəyə başsağlığı verdiAfrikada Çin nümunəsi: 7 min kilometrlik “Yaşıl divar” yaradılır (FOTO)Alimlər plastikdən almaz əldə etməyin yolunu tapdıEmin Abbasov “Səbail”də prezident müşaviri təyin edildiCorablı, yoxsa corabsız: Ən yaxşı yatma qaydası və bunun səbəbiDünyada əhali qocalır: Alimlər bunu tarixdə görünməmiş proses adlandırırMəşhur aktyorların qazancları üzə çıxdı: Rəqəmlər heyrətləndirdiTrampın İran qərarı neft bazarını silkələdi: Azərbaycanın milyardları təhlükədədir?Türkiyə İsrailə dəvət göndərməkdən imtina etdi“Keçmiş” qazidən ayrı-seçkiliyə etirazAnıtqəbirdə böyük izdiham: Atatürk vəfatının 88-ci ildönümündə yad edilir (FOTO)Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib- FotoAzərbaycan Türkiyəyə başsağlığı verdi
Mədəniyyət

Məşhur alimin şəxsi əşyaları muzeydən oğurlanıb – “Bunun adı barbarlıqdır!”

Azərbaycanın görkəmli kinorejissoru, ssenarist, Xalq artisti, “Şərəf” və “İstiqlal” ordenli Oqtay Mirqasımovun ailəsi ilə bağlı səsləndirilən iddia ciddi rezonans doğurub.

Musavat.com xəbər verir ki, bu barədə sabiq millət vəkili Etibar Əliyev məlumat verib. O, Oqtay Mirqasımovla görüşü zamanı Azərbaycanın tibb elminin banilərindən biri, məşhur cərrah, professor, Azərbaycan SSR Elmlər Akademiyasının ilk prezidenti və Azərbaycanın ilk tibb elmləri doktoru Mirəsədulla Mirqasımovun irsi ilə bağlı diqqətçəkən faktların müzakirə edildiyini bildirib.

Etibar Əliyev qeyd edib: “Mirəsədulla Mirqasımovun böyük kitabxanası olub. Oqtay müəllim həmin kitabxanadan sənətə addımlayıb. Anası böyük alimin şəxsi əşyalarını Tarix Muzeyinə bağışlayıb. Bir müddət sonra həmin dəyərli əşyalar oğurlanıb… Tarix muzeyindən, İncəsənət muzeyindən qiymətli rəsm əsərlərini, əlyazmaları, antik əşyaları kütləvi şəkildə oğurladılar. Heyif… Bunun adı barbarlıqdır”.

Xalidə, musavat.com