00:00 · 23.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Qarabağa 140 silahlı ilə gəldilər, 29-u öldürüldü – Erməni “Muş” dəstəsinin qanlı dosyesiPlastik çay paketlərinin görünməyən təhlükəsiXalq artistinin vəziyyəti ağır olaraq qalırAzərbaycanda internet bahalaşdı – QİYMƏTLƏRBu xəstəliyin erkən mərhələsində yeni müalicə üsulu təqdim EDİLDİMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMARonaldo özünə saray tikdirir – 30 milyon avroluq layihəMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMAMirzoyan: “Azərbaycan tələb etmir, şərt qoyur”10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?Mirzoyandan Nəsimi Musayevlə bağlı iddiaAlmalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı? – Foto/VideoQarabağa 140 silahlı ilə gəldilər, 29-u öldürüldü – Erməni “Muş” dəstəsinin qanlı dosyesiPlastik çay paketlərinin görünməyən təhlükəsiXalq artistinin vəziyyəti ağır olaraq qalırAzərbaycanda internet bahalaşdı – QİYMƏTLƏRBu xəstəliyin erkən mərhələsində yeni müalicə üsulu təqdim EDİLDİMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMARonaldo özünə saray tikdirir – 30 milyon avroluq layihəMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMAMirzoyan: “Azərbaycan tələb etmir, şərt qoyur”10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?Mirzoyandan Nəsimi Musayevlə bağlı iddiaAlmalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı? – Foto/Video
Ölkə

Mərkəzi Bank kartlardan pul silinməsi məsələsinə aydınlıq gətirdi

Xəbər verdiyimiz kimi, bu gün ABB də daxil olmaqla, Azərbaycanın bir sıra banklarında olan müştəri kart hesablarından vəsait silinməsi halları qeydə alınıb. Həmin bankların mobil tətbiqləri də problem yaşayıb. Bu hadisə əhali arasında çoxsaylı məlumatların yayılmasına, baş verənin kiberhücumla bağlı olduğuna dair versiyaların irəli sürülməsinə səbəb olub.

Musavat.com-un məsələ ilə bağlı sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, hadisə sırf texniki xəta olub: “24 iyun 2026-cı il tarixində “Azərikard” MMC-yə üzv olan bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsi ilə bağlı bildirilir ki, sözügedən insident hər hansı kibermüdaxilə və ya dələduzluq halları ilə bağlı deyil, texniki səbəblərdən baş verib.

Əhalinin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş sistemlərinin, eləcə də ölkədə fəaliyyət göstərən prosessinq mərkəzlərinin və kommersiya banklarının informasiya sistemləri və ödəniş infrastrukturunun sabitliyi, davamlılığı və etibarlılığı ilə əlaqədar hər-hansı çətinlik müşahidə olunmur”.

Tənzimləyici bildirir ki, qeyd olunan texniki nasazlıq aidiyyəti üzrə artıq aradan qaldırılıb: “Bank xidmətləri müştərilərindən yalnız rəsmi mənbələrdə əks etdirilən məlumatlara istinad edilməsi xahiş olunur”.

 Musavat.com