00:00 · 23.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMAQarabağa 140 silahlı ilə gəldilər, 29-u öldürüldü – Erməni “Muş” dəstəsinin qanlı dosyesiPlastik çay paketlərinin görünməyən təhlükəsiXalq artistinin vəziyyəti ağır olaraq qalırAzərbaycanda internet bahalaşdı – QİYMƏTLƏRBu xəstəliyin erkən mərhələsində yeni müalicə üsulu təqdim EDİLDİRonaldo özünə saray tikdirir – 30 milyon avroluq layihəMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMAMirzoyan: “Azərbaycan tələb etmir, şərt qoyur”10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?Mirzoyandan Nəsimi Musayevlə bağlı iddiaAlmalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı? – Foto/VideoMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMAQarabağa 140 silahlı ilə gəldilər, 29-u öldürüldü – Erməni “Muş” dəstəsinin qanlı dosyesiPlastik çay paketlərinin görünməyən təhlükəsiXalq artistinin vəziyyəti ağır olaraq qalırAzərbaycanda internet bahalaşdı – QİYMƏTLƏRBu xəstəliyin erkən mərhələsində yeni müalicə üsulu təqdim EDİLDİRonaldo özünə saray tikdirir – 30 milyon avroluq layihəMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMAMirzoyan: “Azərbaycan tələb etmir, şərt qoyur”10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?Mirzoyandan Nəsimi Musayevlə bağlı iddiaAlmalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı? – Foto/Video
Ölkə

Mirzoyandan Nəsimi Musayevlə bağlı iddia

İrəvanla Bakı arasında yolu azan şəxslərin dəyişdirilməsi barədə razılaşma var, lakin Nəsimi Musayev cinayət törədib və bu, vəziyyəti dəyişir.

Musavat.com-un məlumatına görə, belə bir iddia ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan brifinqdə çıxış edib. XİN rəhbəri bildirib ki, Azərbaycan hərbçisinin yolu azıb-azmamasından asılı olmayaraq, cinayət hadisəsi baş verib.

A.Mirzoyan, həmçinin Azərbaycan hərbi qulluqçusunun sərhədi qəsdən keçməsi, yoxsa hərbi hissəni özbaşına tərk edərək qaçması barədə məlumatının olmadığını vurğulayıb.

Xatırladaq ki, baş nazir Nikol Paşinyan Azərbaycan hərbçisi N.Musayevin saxlanılarkən müqavimət göstərmədiyini demişdi. Eyni zamanda Azərbaycanın rəsmi qurumunun öncədən əsgərlə bağlı Ermənistanı məlumatlandırması onun diversiya və digər əməlləri barədə iddiaların üstündən xətt çəkib. Görünür rəsmi İrəvan əsgərin ətrafında hansısa çirkli ssenarisini reallaşdırmaq istəyir və vəziyyəti mürəkkəbləşdirir.

Ermənistan XİN rəhbəri azaraq Tovuzqala istiqamətinə keçən azərbaycanlı çobanla bağlı da suala cavab verib. “Çoban haqqında da mediada oxumuşam. Elə hallar olur ki, Ermənistan tərəfdən yolu azanlar hərbçilər, çobanlar olur, bəzən isə heyvanlar sərhədi keçir. Bizim belə bir razılaşmamız var və ümid edirik ki, gələcəkdə də ona əməl olunacaq”, – deyə Mirzoyan bildirib.