00:00 · 23.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Qarabağa 140 silahlı ilə gəldilər, 29-u öldürüldü – Erməni “Muş” dəstəsinin qanlı dosyesiPlastik çay paketlərinin görünməyən təhlükəsiXalq artistinin vəziyyəti ağır olaraq qalırAzərbaycanda internet bahalaşdı – QİYMƏTLƏRBu xəstəliyin erkən mərhələsində yeni müalicə üsulu təqdim EDİLDİMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMARonaldo özünə saray tikdirir – 30 milyon avroluq layihəMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMAMirzoyan: “Azərbaycan tələb etmir, şərt qoyur”10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?Mirzoyandan Nəsimi Musayevlə bağlı iddiaAlmalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı? – Foto/VideoQarabağa 140 silahlı ilə gəldilər, 29-u öldürüldü – Erməni “Muş” dəstəsinin qanlı dosyesiPlastik çay paketlərinin görünməyən təhlükəsiXalq artistinin vəziyyəti ağır olaraq qalırAzərbaycanda internet bahalaşdı – QİYMƏTLƏRBu xəstəliyin erkən mərhələsində yeni müalicə üsulu təqdim EDİLDİMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMARonaldo özünə saray tikdirir – 30 milyon avroluq layihəMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMAMirzoyan: “Azərbaycan tələb etmir, şərt qoyur”10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?Mirzoyandan Nəsimi Musayevlə bağlı iddiaAlmalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı? – Foto/Video
Sosial

“Olivia” ilə bağlı – TƏDBİR GÖRÜLDÜ

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən “SİMPLE-B” Məhdud Məhsuliyyətli Cəmiyyətinə (MMC) məxsus “Olivia” kosmetika mağazalar şəbəkəsinin sahibinə protokol yazılıb.

Tribuna.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi (Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulması) ilə irəli sürülüb.

MMC-nin qanuni təmsilçisi İsrafilzadə Həsən Fazil oğlu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış material Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən isə protokol əsasında toplanmış materiala baxılması üçün aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.