00:00 · 23.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Qarabağa 140 silahlı ilə gəldilər, 29-u öldürüldü – Erməni “Muş” dəstəsinin qanlı dosyesiPlastik çay paketlərinin görünməyən təhlükəsiXalq artistinin vəziyyəti ağır olaraq qalırAzərbaycanda internet bahalaşdı – QİYMƏTLƏRBu xəstəliyin erkən mərhələsində yeni müalicə üsulu təqdim EDİLDİMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMARonaldo özünə saray tikdirir – 30 milyon avroluq layihəMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMAMirzoyan: “Azərbaycan tələb etmir, şərt qoyur”10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?Mirzoyandan Nəsimi Musayevlə bağlı iddiaAlmalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı? – Foto/VideoQarabağa 140 silahlı ilə gəldilər, 29-u öldürüldü – Erməni “Muş” dəstəsinin qanlı dosyesiPlastik çay paketlərinin görünməyən təhlükəsiXalq artistinin vəziyyəti ağır olaraq qalırAzərbaycanda internet bahalaşdı – QİYMƏTLƏRBu xəstəliyin erkən mərhələsində yeni müalicə üsulu təqdim EDİLDİMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMARonaldo özünə saray tikdirir – 30 milyon avroluq layihəMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMAMirzoyan: “Azərbaycan tələb etmir, şərt qoyur”10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?Mirzoyandan Nəsimi Musayevlə bağlı iddiaAlmalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı? – Foto/Video
Siyasət

Putin – Tramp görüşü ilə bağlı Kremldən açıqlama

Rusiyanın və ABŞ-nin prezidentləri Vladimir Putin və Donald Trampın Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində görüşü yalnız iki ölkə üçün deyil, bütün dünya üçün də zəruri ola bilər.

Musavat.com-un TASS-a istinadən yaydığı məlumata görə, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında belə deyib.

“Əminəm ki, prezident (Rusiya Federasiyasının prezidenti-red.) orada prezident Trampla görüşməkdən məmnun olar. Bu görüş yalnız iki ölkəmiz üçün deyil, bütün dünya üçün də zəruri olardı”, – Kremlin nümayəndəsi qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp noyabr ayında Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində iştirak etmək niyyətində olduğunu təsdiqləyib.

Tramp bu barədə Ağ Evdə Çin Prezidenti Si Cinpinlə görüşü zamanı bildirib. Si Cinpin ABŞ prezidentini və həyat yoldaşı Melaniya Trampı qarşıdakı APEC sammitində iştirak etmək üçün Çinə dəvət edib. APEC sammitinin bu il noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçirilməsi planlaşdırılır.