00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Səhiyyə

“Saatlarla növbə gözlədik, həkim 40 manat tələb etdi” – Açıqlama

Yevlax Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlardan qanunsuz ödəniş tələb olunduğu haqda iddialar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə vətəndaş Xəyyam Salmanzadə sosial şəbəkədə paylaşım edib.

O iddia edir ki, Ağdam Mərkəzi Rayon Xəstəxanasının göndərişi ilə gözündə yaranmış problem səbəbindən Yevlax Mərkəzi Rayon Xəstəxanasına aparılan yaşlı qadından həkim qəbulu zamanı 40 manat ödəniş tələb edilib:

“Xanım həyat yoldaşını itirib, ruhi xəstə oğlu ilə birlikdə ağır sosial şəraitdə yaşayır.

Saatlarla növbə gözlədik. Qəbul zamanı həkim bizdən 40 manat tələb etdi. Üstümüzdə həmin məbləğ olmadığından, gün ərzində gətirib ödəyəcəyimizi bildirdik”.

O bildirib ki, həmin vaxt digər pasiyentlərin həkim qəbuluna 25 manat ödədiklərinin də şahidi olub:

“Diqqətimizi çəkən başqa bir məqam isə bizdən əvvəl qəbul olunan bir çox xəstənin 25 manat ödəməsi idi. Xəstələr əllərində pulla həkimin otağına daxil olurdular. Bunun nədən qaynaqlandığı və ödənişlərin hansı hüquqi əsasla alındığı barədə isə vətəndaşlara aydın məlumat verilmirdi”.

Bundan əlavə jurnalist, göz xəstəliklərinin müalicəsində istifadə olunan “Avastin” preparatının vurulması üçün ayrıca ödəniş istənildiyini qeyd edib:

“Əgər “Avastin” preparatı dövlət tərəfindən təmin olunursa, onun vurulmasına görə niyə əlavə ödəniş tələb edilir? Niyə bəzi xəstələrdən 25 manat, bizdən isə 40 manat istənildi? Bu ödənişlər rəsmidirmi?”

İddialarla bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.