00:00 · 24.08.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Kuşatılmış ulus: TürklerÖlkədə mənzil tələbi ilə təklif arasında fərq artır — AçıqlamaErmənistan Türkiyə ilə sərhədi açmağa hazırlaşırBakıda kabab evində farşdan at DNT-si çıxdıZal Yusifovun oğlunun işində yeni detallar: “Məndən 350 min istədi”Dünya bazarında şəkərin qiyməti kəskin ARTDI: Son 15 ayın ən yüksək həddiNetanyahu Türkiyəyə xəbərdarlıq etdi“Qarabağ” – “Tvente” oyununun biletləri satışa çıxarılıbBakıda külək güclənəcək – XƏBƏRDARLIQ“Kardiologiya”da qalmaqal: Həkimlər direktoru məhkəməyə verdi – 80 yaşlı kardioloqa alkoqol ittihamı?Kiberdələduzluq hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət – FOTOKolleclərə qeydiyyat başlayıbKuşatılmış ulus: TürklerÖlkədə mənzil tələbi ilə təklif arasında fərq artır — AçıqlamaErmənistan Türkiyə ilə sərhədi açmağa hazırlaşırBakıda kabab evində farşdan at DNT-si çıxdıZal Yusifovun oğlunun işində yeni detallar: “Məndən 350 min istədi”Dünya bazarında şəkərin qiyməti kəskin ARTDI: Son 15 ayın ən yüksək həddiNetanyahu Türkiyəyə xəbərdarlıq etdi“Qarabağ” – “Tvente” oyununun biletləri satışa çıxarılıbBakıda külək güclənəcək – XƏBƏRDARLIQ“Kardiologiya”da qalmaqal: Həkimlər direktoru məhkəməyə verdi – 80 yaşlı kardioloqa alkoqol ittihamı?Kiberdələduzluq hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət – FOTOKolleclərə qeydiyyat başlayıb
Hadisə

Tanınmış həkimin səs yazısı yayıldı – Qanunsuz pul alır?

Sumqayıt Tibb Mərkəzində çalışan tanınmış uşaq kardioloqu Elnur İmanovun səsinin yer aldığı iddia olunan audioyazı yayılıb.

Uluyol.info Bakupost-a istinadla xəbər verir ki, audioyazıda icbari tibbi sığorta ilə müraciət edən xəstələrdən exokardioqrafiya müayinəsinə görə ödəniş tələb edildiyi bildirilir.

Həmçinin o da aydın olur ki, iki uşağın müayinəsi üçün ümumilikdə 10 manat istənilir. Pasiyent isə həmin şəxsdən kart nömrəsini alır ki, ödəniş etsin.

Qeyd edək ki, İcbari Tibbi Sığorta çərçivəsində göstərilən xidmətlərə görə qanunvericiliyə əsasən vətəndaşlardan əlavə ödəniş alınması qanunsuzdur.

İddia olunur ki, məsələdən hazırda Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsini icra edən direktor müavini Təranə Rəcəbli də məlumatlıdır.

Məsələ ilə bağlı açıqlama verən Elnur İmanov iddiaları qəti şəkildə təkzib edib.