00:00 · 03.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdiProfessor etibarlı məlumat mənbələrinin azlığından gileyləndi – çıxış yolu nədir?Laçında itkin düşən əsgər Zəngəzurun Şəki kəndində saxlanıldı – kəndin ağır tarixiİran Trampın təklifini RƏDD ETDİ: Bütün planlar alt-üst olduDTX xəbərdarlıq YAYDI – VİDEOOrbanın başı DƏRDDƏ – Cinayət işi açılırXidmət sektorunda əlavə ödənişlər: Müştəri nəyi əvvəlcədən bilməlidir?İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir…Türkiyə və Azərbaycanın arasına girmək istəyənlərə ox kimi cavablarXəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir“Fənərbaxça” bu heyətlə Bakıya gələcəkPutin – Tramp görüşü ilə bağlı Kremldən açıqlamaFransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdiProfessor etibarlı məlumat mənbələrinin azlığından gileyləndi – çıxış yolu nədir?Laçında itkin düşən əsgər Zəngəzurun Şəki kəndində saxlanıldı – kəndin ağır tarixiİran Trampın təklifini RƏDD ETDİ: Bütün planlar alt-üst olduDTX xəbərdarlıq YAYDI – VİDEOOrbanın başı DƏRDDƏ – Cinayət işi açılırXidmət sektorunda əlavə ödənişlər: Müştəri nəyi əvvəlcədən bilməlidir?İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir…Türkiyə və Azərbaycanın arasına girmək istəyənlərə ox kimi cavablarXəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir“Fənərbaxça” bu heyətlə Bakıya gələcəkPutin – Tramp görüşü ilə bağlı Kremldən açıqlama
Mövqe

“Tarixi şəxsiyyətlərin siyasi irsinə bütün siyasi qüvvələr sahib çıxmalıdır” – Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlama verib.

 Açıqlamanı təqdim edirik:

– Qüdrət bəy, qarşıdan Elçibəyin doğum günü gəlir, onun AXC-də müşaviri olmusunuz. Elçibəy Sizin üçün kimdir?

– Elçibəy Azərbaycan Respublikasının prezidenti kimi uğurlu olmasa da, Azərbaycanın müstəqilliyinin bərpa olunmasında, Sovet İttifaqının rəhbərliyi və onları müdafiə edən Qərb ölkələri tərəfindən Qarabağın hüquqi baxımdan Ermənistana verilməsinin qarşısının alınmasında müstəsna rol oynamış Milli Azadlıq Hərəkatının (AXC-nin) lideri olaraq, dövlət həyatımızda böyük iz buraxmış tarixi şəxsiyyətdir.

Tarixi şəxsiyyətlərin siyasi irsinə bütün siyasi qüvvələr sahib çıxmalı, onlar böyük hörmət və ehtiramla yad edilməlidirlər. Elçibəy prezident kimi hüquqi dövlət qurmaq, dövlətimizin ərazi bütövlüyünü qorumaq istəyirdi, buna görə erməni lobbisinin təsiri ilə xristian həmrəyliyindən çıxış edən ABŞ Konqresi tərəfindən Azərbaycana sanksiyalar tətbiq olundu. Təəssüf ki, həmin Azadlığa Yardım Aktına edilən 907-ci düzəliş bu gün də ləğv olunmur. Ən yeni tariximizdə ilk böyük tarixi şəxsiyyət Rəsulzadə olub. Onun liderliyi ilə müstəqil Azərbaycan dövləti quruldu. Elçibəyin liderliyi ilə dövlət müstəqilliyimizi, türk milli kimliyimizi bərpa etdik. Daha bir tarixi şəxsiyyət Heydər Əliyev ölkəni vətəndaş müharibəsindən xilas etdi, Azərbaycan dövlətçiliyini qorudu, “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycanda marağı olan böyük dövlətləri ölkəmizdə sabitliyin olmasında maraqlı etdi, ölkəni dinc inkişaf yoluna çıxardı. Bu gün Azərbaycan Respublikasının prezidenti olan İlham Əliyev isə erməni işğalına son qoydu, seperatçıları Qarabağdan təmizlədi, Türk Dövlətləri Təşkilatının yaranmasında və inkişafında müstəsna rol oynadı. İlham Əliyev fəaliyyətdə olan prezident olduğundan ona müxalifətdə olan siyasi qüvvələrin fəaliyyət göstərməsi çox normaldır, amma adlarını yuxarıda qeyd etdiyim digər tarixi şəxsiyyətlər kimi ona da hörmət və ehtiram göstərilməsi hər kəsin borcudur. Tarixi şəxsiyyətlərin siyasi irsinə xalqımız və bütün siyasi qüvvələr sahib çıxmalıdır. Siyasətçilər, siyasi partiyalar bir-biri ilə rəqabət apara, bir-birini sevməyə, hətta bir-birinə nifrət də edə bilər. Amma Azərbaycanda dövlətçilik ənənələrinin yaranması və güclənməsi üçün tarixi şəxsiyyətləri hörmət və sayğı ilə anmalıyıq. Tarixi şəxsiyyətlər elə tarixin özüdür, ona görə heç kimin gücü yetməz ki, tarixi şəxsiyyətləri xalqımızın tarixindən silə bilsin, yaxud onları müvəqqəti də olsa unutdursun, onların xidmətlərini kiçiltsin. Biz bütün tarixi şəxsiyyətlərimizə layiq olduqları yüksək qiyməti verməklə daha böyük, daha güclü ola bilərik. Tarixi şəxsiyyətləri ayrılıqda götürülmüş bir siyasi qüvvəyə bağlamaq böyük səhvdir.Elçibəyin doğum günü münasibətilə xalqımızı təbrik edirəm!