00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
İqtisadiyyat

Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR

Bazar məlumatlarına əsasən, taxtanın qiyməti 1000 board feet üçün 633,50 ABŞ dollarına yüksəlib. Bu göstərici təxminən 1 kubmetr üçün 268 ABŞ dollarına bərabərdir.

Məlumata görə, son 4 həftə ərzində Lumber qiymətləri 6,31 faiz artıb. Son 12 ayda isə taxtanın bahalaşması 2,68 faiz təşkil edib.

Nəzərə alaq ki, ölkəmizə taxta materialları əsasən Rusiyadan idxal edilir. Qlobal bazardakı proseslər Rusiyaya nisbətən az təsir etsə də, psixoloji faktorların qiymətlərdə rolu da az deyil.

Bəs, ölkəmizin taxta bazarında qiymətlər necədir?

Məsələ ilə bağlı Dərnəgülün “Taxta bazarı”nda fəaliyyət göstərən Elmidar adlı iş adamı Bizim.Media-ya bildirib ki, tikinti mövsümünün pik vaxtıdır:

“Ona görə də əksər tikinti materiallarının qiymətində artım var. Taxta materillarının qiymətində isə vəziyyət belədir. 18-lik dikt əvvəllər 25-26 manata satılırdısa, indi 30 manata təklif olunur. 10-luq dikt 22, 15-lik diktsə 25 manata təklif olunur.

2-lik taxtanın bir kubunun qiyməti hazırda 330 manatdır. 5-lik taxtanın bir kubu isə 320 manata təklif olunur. Bu da o deməkdir ki, son bir neçə ayda taxtanın bir kubunun qiyməti 15-20 manat bahalaşıb. Diktlərsə 17-18 faiz bahalaşıb”.