00:00 · 11.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Afrikada Çin nümunəsi: 7 min kilometrlik “Yaşıl divar” yaradılır (FOTO)Alimlər plastikdən almaz əldə etməyin yolunu tapdıEmin Abbasov “Səbail”də prezident müşaviri təyin edildiCorablı, yoxsa corabsız: Ən yaxşı yatma qaydası və bunun səbəbiDünyada əhali qocalır: Alimlər bunu tarixdə görünməmiş proses adlandırırMəşhur aktyorların qazancları üzə çıxdı: Rəqəmlər heyrətləndirdiTrampın İran qərarı neft bazarını silkələdi: Azərbaycanın milyardları təhlükədədir?Türkiyə İsrailə dəvət göndərməkdən imtina etdi“Keçmiş” qazidən ayrı-seçkiliyə etirazAnıtqəbirdə böyük izdiham: Atatürk vəfatının 88-ci ildönümündə yad edilir (FOTO)Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib- FotoAzərbaycan Türkiyəyə başsağlığı verdiAfrikada Çin nümunəsi: 7 min kilometrlik “Yaşıl divar” yaradılır (FOTO)Alimlər plastikdən almaz əldə etməyin yolunu tapdıEmin Abbasov “Səbail”də prezident müşaviri təyin edildiCorablı, yoxsa corabsız: Ən yaxşı yatma qaydası və bunun səbəbiDünyada əhali qocalır: Alimlər bunu tarixdə görünməmiş proses adlandırırMəşhur aktyorların qazancları üzə çıxdı: Rəqəmlər heyrətləndirdiTrampın İran qərarı neft bazarını silkələdi: Azərbaycanın milyardları təhlükədədir?Türkiyə İsrailə dəvət göndərməkdən imtina etdi“Keçmiş” qazidən ayrı-seçkiliyə etirazAnıtqəbirdə böyük izdiham: Atatürk vəfatının 88-ci ildönümündə yad edilir (FOTO)Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib- FotoAzərbaycan Türkiyəyə başsağlığı verdi
Manşet

Trampın planı pozuldu? – İrandan sensasion AÇIQLAMA

İran Hörmüz boğazının yenidən açılmasına razılıq verməyib.

Oxu.Az xəbər verir ki, bu barədə “Fars” agentliyi İranın danışıqlar heyətindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpası ilə bağlı heç bir razılaşma əldə olunmayıb. Bu barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirilib.

Qeyd olunub ki, ABŞ-nin “düşmənçilik siyasəti” davam etdiyi müddətdə boğaz bağlı qalacaq.

Xatırladaq ki, bundan əvvəl İsrailin “N12” telekanalı ABŞ Prezidenti Donald Trampın İranın xarici işlər naziri Abbas Əraqçinin Hörmüz boğazının fəaliyyətinin bərpası ilə bağlı Qətərin vasitəçiliyi ilə irəli sürülən kompromis təklifini qəbul etməsindən sonra İrana planlaşdırılan kütləvi zərbəni ləğv etməyə razılaşdığı barədə iddia irəli sürmüşdü.

Lakin İran tərəfi bu məlumatları təkzib edərək, belə bir razılaşmanın mövcud olmadığını açıqlayıb.