00:00 · 12.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Mövqe

Türkiyə İsrailin Suriyadakı aviabazaya zərbələrini pislədi

Musavat.com xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Suriyanın İdlib əyalətində yerləşən tərk edilmiş “Əbu-Zuhur” aviabazasına İsrail tərəfindən endirilən zərbələri pisləyib.

Türkiyə XİN bu zərbələri “düşünülməmiş” adlandıraraq İsrailin addımlarının Suriyanın ərazi bütövlüyünü və birliyini pozduğunu bəyan edib.

Ankara beynəlxalq ictimaiyyəti İsrailin Suriyaya qarşı təcavüzünün qarşısını almaq üçün daha qətiyyətli mövqe tutmağa çağırıb.