00:00 · 21.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
İsrail İrana qarşı yeni əməliyyat hazırlayır? – Netanyahu Trampla danışdıMessi və Ronaldu bütün dövrlərin ən yaxşısı adına namizədlər arasındaAlberta əyaləti Kanadanın tərkibində qalacaq – referendumÇempionlar Liqası: “Sabah” “Borussiya”ya minimal hesabla uduzdu Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib – Fotolar“Qarabağ” və “Neftçi” cərimələndiİşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addımİran Bəlucistana ordu göndərib “Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı” – Rəşidə BehbudovaFransada etirazlar: Zaxarova Makronu BELƏ ƏLƏ SALDIKarabağ gazisi Atilla Yumak Turan gençliğiyle buluşduTaksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?İsrail İrana qarşı yeni əməliyyat hazırlayır? – Netanyahu Trampla danışdıMessi və Ronaldu bütün dövrlərin ən yaxşısı adına namizədlər arasındaAlberta əyaləti Kanadanın tərkibində qalacaq – referendumÇempionlar Liqası: “Sabah” “Borussiya”ya minimal hesabla uduzdu Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib – Fotolar“Qarabağ” və “Neftçi” cərimələndiİşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addımİran Bəlucistana ordu göndərib “Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı” – Rəşidə BehbudovaFransada etirazlar: Zaxarova Makronu BELƏ ƏLƏ SALDIKarabağ gazisi Atilla Yumak Turan gençliğiyle buluşduTaksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Səhiyyə

Ürək sağlamlığı üçün 1 nömrəli qəlyanaltı

Normal qidalanma ürək sağlamlığının qorunmasında mühüm rol oynayır. Mütəxəssislər bildirirlər ki, gündəlik əsas yeməklərdən əlavə, qəlyanaltılara da diqqət yetirmək vacibdir.

Prevention.com saytında dərc olunan məqalədə kardioloq və diyetoloqlar ürək-damar sisteminə müsbət təsir edən ən yaxşı qida növlərindən biri haqqında danışıblar.

Ekspertlər qeyd ediblər ki, ən yaxşı qəlyanaltılar özündə zülal və lif ehtiva etməlidir. Məqalədə yazılıb: “Çünki bu qida maddələri enerji səviyyəsini qorumağa və növbəti yeməyinizədək özünüzü daha uzun müddət tox hiss etməyinizə kömək edir. Xüsusilə də əgər siz ürək sağlamlığınız üçün qidalar seçirsinizsə, bitki mənşəli olan zülal mənbələrinə diqqət yetirməlisiniz”.

Kardioloq, tibb elmləri doktoru Treysi Paşke bildirib ki, ürək-damar sağlamlığı hər kəs üçün vacibdir. Onun sözlərinə görə, məhz bitki mənşəli zülal istehlakı ürək-damar xəstəliklərindən və digər səbəblərdən ölüm riskini xeyli azaldır.

Mütəxəssis qeyd edib ki, ürək sağlamlığı üçün ən yaxşı qəlyanaltı seçimi “edamame” adlandırılan tam böyüməmiş soya paxlasıdır. “Sadəcə paketlərdə dondurulmuş edamame alıb istehlak edə bilərsiniz. Onu mikrodalğalı sobada da bişirib və süfrəyə sağlam qida kimi verə bilərsiniz. Bu qəlyanaltı tez hazırlanır, ləzzətli dada malikdir. O, mühüm qida maddələri ilə zəngindir”, – kardioloq deyib.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 100 qram edamamedə 11,5 qram protein və 5 qram lif olur ki, bu da insanın özünü daha uzun müddət tox hiss etməsinə kömək edir.

Diyetoloq və kardioloq Mişel Rutenşteyn bu bitkinin dadını bəyənməyənlər üçün başqa məsləhət də verib. O, qovrulmuş noxudu tövsiyə edir.

Onun sözlərinə görə, bu qəlyanaltı özündə yalnız bitki zülalı deyil, həm də asan həll olan lif, kalium, maqnezium və antioksidan polifenolları ehtiva edir. Bu komponentlər sağlam xolesterol səviyyələrini, qan təzyiqini və damar sağlamlığını dəstəkləyir. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 28 qramlıq qovrulmuş noxudun bir porsiyasında təxminən 5 qram protein və 5 qram lif var. (Publika.az)