00:00 · 21.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
İsrail İrana qarşı yeni əməliyyat hazırlayır? – Netanyahu Trampla danışdıMessi və Ronaldu bütün dövrlərin ən yaxşısı adına namizədlər arasındaAlberta əyaləti Kanadanın tərkibində qalacaq – referendumÇempionlar Liqası: “Sabah” “Borussiya”ya minimal hesabla uduzdu Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib – Fotolar“Qarabağ” və “Neftçi” cərimələndiİşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addımİran Bəlucistana ordu göndərib “Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı” – Rəşidə BehbudovaFransada etirazlar: Zaxarova Makronu BELƏ ƏLƏ SALDIKarabağ gazisi Atilla Yumak Turan gençliğiyle buluşduTaksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?İsrail İrana qarşı yeni əməliyyat hazırlayır? – Netanyahu Trampla danışdıMessi və Ronaldu bütün dövrlərin ən yaxşısı adına namizədlər arasındaAlberta əyaləti Kanadanın tərkibində qalacaq – referendumÇempionlar Liqası: “Sabah” “Borussiya”ya minimal hesabla uduzdu Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib – Fotolar“Qarabağ” və “Neftçi” cərimələndiİşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addımİran Bəlucistana ordu göndərib “Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı” – Rəşidə BehbudovaFransada etirazlar: Zaxarova Makronu BELƏ ƏLƏ SALDIKarabağ gazisi Atilla Yumak Turan gençliğiyle buluşduTaksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Səhiyyə

Ürəyə faydalı olan 5 qida

Ürək-damar sisteminin sağlamlığını qorumaqda gündəlik qidalanmanın mühüm rolu var. Xüsusilə qanda xolesterinin səviyyəsinə nəzarət ürək xəstəlikləri riskinin azaldılması baxımından əhəmiyyətlidir.

Uluyol.info xəbər verir ki, amerikalı kardioloq Elizabet Klodas ürək sağlamlığını dəstəkləyən məhsulları açıqlayıb. Mütəxəssisin sözlərinə görə, ürək-damar sistemi ilə bağlı əsas problemlərdən biri qanda xolesterinin yüksək səviyyədə olmasıdır.

Həkim rasiona yulaf və yulaf kəpəyinin əlavə edilməsini tövsiyə edir. Bu məhsullar liflə zəngindir və xüsusilə qidada həll olunan lifin miqdarının artırılması xolesterinin səviyyəsinin tənzimlənməsinə kömək edə bilər.

Badam da ürək üçün faydalı məhsullar sırasındadır. Onun qanda “pis” xolesterinin səviyyəsinin azalmasına kömək etdiyi bildirilir. Fındıq, makadamiya, qoz və püstə kimi digər çərəzlərin isə “yaxşı” xolesterinin səviyyəsinin yüksəlməsinə töhfə verə biləcəyi qeyd olunur.

Mütəxəssis çia toxumlarını da qidalanmaya daxil etməyi məsləhət görür. Bu toxumlar omeqa-3 yağ turşuları ilə zəngindir. Məqalədə qeyd olunur ki, bu yağ turşusunun qəbulu ürək-damar xəstəliklərinin inkişafı riskini 16 faiz azalda bilər.

Brokkoli də ürək sağlamlığı baxımından faydalı tərəvəzlərdən biri hesab olunur. O, həll olunan liflə zəngindir. Bundan əlavə, ispanaq, Brüssel kələmi və yarpaqlı kələmin də rasionda yer alması tövsiyə edilir.

Siyahıda qarpız da yer alır. Bu meyvənin tərkibində olan likopenin qanda lipidlərin səviyyəsinin azalmasına kömək edən xüsusiyyətlərə malik olduğu bildirilir.

Beləliklə, yulaf, çərəzlər, çia toxumu, yaşıl tərəvəzlər və qarpızın rasiona daxil edilməsi ürək-damar sağlamlığının qorunmasına yönəlmiş balanslı qidalanmanın bir hissəsi ola bilər.\\Foodinfo.az