00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Səhiyyə

ÜST-dən xəbərdarlıq: “Ağcaqanad mənşəli təhlükəli virus yayılır

Dünyanın müxtəlif ölkələrində ağcaqanadlar vasitəsilə yayılan çikunqunya (Chikungunya) virusu ilə bağlı narahatlıq artır. Musavat.com xəbər verir ki, bu barədə xarici KİV-lərin və beynəlxalq səhiyyə qurumlarının məlumatında bildirilib. Son aylarda bir sıra ölkələrdə yoluxma halları yüksəlib, bəzi bölgələrdə isə epidemiya qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) və Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) məlumatına əsasən, virus əsasən Aedes aegypti və Aedes albopictus növlərinə aid ağcaqanadların dişləməsi ilə yayılır. Xəstəlik insandan insana birbaşa keçmir.

Məlumatlara görə, son dövrdə Mavriki, Mayot, Seyşel adaları, Fransız Qvianası, Surinam, Boliviya, Qayana, Kolumbiya, Peru, Kuba, Qvatemala və Sent-Lüsiyada çikunqunya virusuna yoluxma halları qeydə alınıb. Mütəxəssislər Afrika, Asiya və Amerikanın digər ölkələrində də yoluxma riskinin davam etdiyini bildirirlər. Avropada isə əsasən xaricdən gətirilən yoluxmalar müşahidə olunsa da, bəzi ölkələrdə virusun yerli yayılma ehtimalı ilə bağlı xəbərdarlıqlar edilir.

Çikunqunya virusunun əsas əlamətləri yüksək hərarət, güclü oynaq ağrıları, əzələ ağrıları, baş ağrısı, dəri səpgisi, oynaqlarda şişkinlik, halsızlıq və yorğunluqdur. Əksər xəstələr bir neçə həftə ərzində sağalır. Lakin bəzi hallarda oynaq ağrıları aylarla davam edə bilir. Yaşlılar, yeni doğulmuş körpələr və xroniki xəstəlikləri olan şəxslər risk qrupuna daxildir.

Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi də son günlər vətəndaşlara xəbərdarlıq edərək bildirib ki, xarici ölkələrdən qayıdan şəxslər arasında çikunqunya ilə yanaşı denge, Zika virusu və malyariya kimi ağcaqanad mənşəli xəstəliklərə yoluxma halları artır.

Mütəxəssislər virusdan qorunmaq üçün ağcaqanad əleyhinə vasitələrdən istifadə etməyi, bədəni örtən geyimlər geyinməyi, qapı və pəncərələrdə qoruyucu torlardan istifadə etməyi, durğun su mənbələrinin yaranmasının qarşısını almağı və ağcaqanadların daha aktiv olduğu saatlarda ehtiyatlı davranmağı tövsiyə edirlər.

Hazırda çikunqunya virusuna qarşı geniş tətbiq olunan spesifik müalicə mövcud deyil. Həkimlər xəstəliyin əlamətləri müşahidə olunduqda vaxt itirmədən tibb müəssisəsinə müraciət etməyi tövsiyə edirlər.