00:00 · 23.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Qarabağa 140 silahlı ilə gəldilər, 29-u öldürüldü – Erməni “Muş” dəstəsinin qanlı dosyesiPlastik çay paketlərinin görünməyən təhlükəsiXalq artistinin vəziyyəti ağır olaraq qalırAzərbaycanda internet bahalaşdı – QİYMƏTLƏRBu xəstəliyin erkən mərhələsində yeni müalicə üsulu təqdim EDİLDİMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMARonaldo özünə saray tikdirir – 30 milyon avroluq layihəMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMAMirzoyan: “Azərbaycan tələb etmir, şərt qoyur”10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?Mirzoyandan Nəsimi Musayevlə bağlı iddiaAlmalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı? – Foto/VideoQarabağa 140 silahlı ilə gəldilər, 29-u öldürüldü – Erməni “Muş” dəstəsinin qanlı dosyesiPlastik çay paketlərinin görünməyən təhlükəsiXalq artistinin vəziyyəti ağır olaraq qalırAzərbaycanda internet bahalaşdı – QİYMƏTLƏRBu xəstəliyin erkən mərhələsində yeni müalicə üsulu təqdim EDİLDİMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMARonaldo özünə saray tikdirir – 30 milyon avroluq layihəMHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMAMirzoyan: “Azərbaycan tələb etmir, şərt qoyur”10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?Mirzoyandan Nəsimi Musayevlə bağlı iddiaAlmalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı? – Foto/Video
Siyasət

Zelenski NATO sammitində Azərbaycana təşəkkür etdi

Ukrayna Prezidenti Volodimir Zelenski dəstəyə görə Azərbaycana təşəkkür edib.

Bu barədə Zelenski iyulun 7-də NATO sammiti çərçivəsində Ankarada Müdafiə Sənayesi Forumunda çıxış edərkən bildirib.

V.Zelenskinin sözlərinə görə, bu gün Ukrayna “dünyanın ən böyük dron potensialına” malikdir və tərəfdaşlarına “Drone Deal” təşəbbüsü vasitəsilə əməkdaşlığı inkişaf etdirməyi təklif edir.

O qeyd edib ki, təşəbbüs yalnız pilotsuz uçuş aparatlarının alınmasını deyil, həm də birgə istehsalı, texnologiyaların sürətli tətbiqini, kritik infrastrukturun mühafizəsini və təhlükəsizlik sahəsində əməkdaşlığı nəzərdə tutur:

“Müdafiə sektorunda Ukrayna ilə əməkdaşlıq edən hər bir ölkə liderinə, hər bir şirkətə təşəkkür etmək istəyirəm. Avropa İttifaqı, Türkiyə, NATO ölkələri, eləcə də Azərbaycan və Fars körfəzi dövlətləri kimi ölkələr bizim güclü tərəfdaşlarımızdır. Ümid edirəm ki, əməkdaşlığımız ölkələrimizin təhdidlərə qarşı etibarlı müdafiəsini təmin edəcək”.

“Report”un daha əvvəl məlumat verdiyi kimi, aprelin 25-də Qəbələdə Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Volodimir Zelenski arasında görüş çərçivəsində tərəflər hərbi sənaye kompleksinin inkişaf etdirilməsi barədə müzakirələr aparıblar. Müzakirələr zamanı hərbi sənayedə və ümumiyyətlə sənayedə birgə istehsalla bağlı çox gözəl imkanlar olduğu qeyd edilib. Bundan əlavə, dron əleyhinə mübarizə vasitələrinin hazırlanması sahəsində mümkün əməkdaşlıqdan, eləcə də bu sahədə təcrübə mübadiləsindən söhbət gedib.//Report.az