ABŞ Senatı İran savaşı ilə bağlı tarixi qətnamə qəbul etdi
ABŞ Senatı İranla bağlı mühüm qərar qəbul edib. Sənəd Senatda çox cüzi səs fərqi ilə təsdiqlənib.
Musavat.com xəbər verir ki, ABŞ Konqresinin Senatı İranla müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni qəbul edib.
Sənədin lehinə 50 senator, əleyhinə isə 48 senator səs verib. Qətnamə ABŞ-nin İranla bağlı hərbi fəaliyyətlərinin məhdudlaşdırılmasını və münaqişənin genişlənməsinin qarşısının alınmasını nəzərdə tutur.