ETN daha bir milyonluq tenderə imza atdı
Elm və Təhsil Nazirliyi (ETM) növbəti milyonluq tenderə imza atıb.
Uluyol.info xəbər verir ki, nazirliyin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi nəticələri açıqlayıb.
Məlum olub ki, İdarə təhsil ekosistemində rəqəmsal platformaların istismarı, modernləşdirilməsi və sistemlərarası inteqrasiya xidmətlərini satın alacaq. Bu məqsədlə keçirilən tenderin qalibi isə “PROFESSİONAL İT” MMC olub. Şirkətlə 1 milyon 362 min 682 manatlıq müqavilə bağlayıb.//tribuna.az