00:00 · 01.08.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Ali İhsan Öztürk-“Birlik bozulunca”Türkiyədə daha bir bələdiyyə sədri həbs edilibHƏMAS Qəzza ilə bağlı sülh planının əsas şərtini açıqlayıbİspaniya baş naziri: Miqrasiya böhranından Aİ-ni parçalamaq üçün istifadə edilməməlidirİlham Əliyevin Qırğızıstana səfəri başa çatdı – FOTORamiz Mehdiyevin ailə bankı bağlandıİran Hörmüzü TAMAMİLƏ BAĞLADI“İnsan qırxayağı” filminin rejissoru pərəstişkarları ilə vidalaşır: “Sonum yaxınlaşır”Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılıbBakı Qızlar Universiteti BAĞLANDI – Köçürüləcək tələbələr daha çox təhsil haqqı ödəyəcək?Azərbaycanda ağcaqanadlardan infeksiya yayılır?Bəzi ixtisaslarda keçid balları AZALACAQAli İhsan Öztürk-“Birlik bozulunca”Türkiyədə daha bir bələdiyyə sədri həbs edilibHƏMAS Qəzza ilə bağlı sülh planının əsas şərtini açıqlayıbİspaniya baş naziri: Miqrasiya böhranından Aİ-ni parçalamaq üçün istifadə edilməməlidirİlham Əliyevin Qırğızıstana səfəri başa çatdı – FOTORamiz Mehdiyevin ailə bankı bağlandıİran Hörmüzü TAMAMİLƏ BAĞLADI“İnsan qırxayağı” filminin rejissoru pərəstişkarları ilə vidalaşır: “Sonum yaxınlaşır”Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılıbBakı Qızlar Universiteti BAĞLANDI – Köçürüləcək tələbələr daha çox təhsil haqqı ödəyəcək?Azərbaycanda ağcaqanadlardan infeksiya yayılır?Bəzi ixtisaslarda keçid balları AZALACAQ
Dünya

HƏMAS Qəzza ilə bağlı sülh planının əsas şərtini açıqlayıb

Hərəkat bildirib ki, razılaşmanın icrası İsrailin hərbi əməliyyatları dayandırmasından, növbəti mərhələ isə qoşunların anklavdan tam çıxarılmasından asılı olacaq

Poliqon xəbər verir ki, HƏMAS Qəzza zolağı ilə bağlı təklif olunan sülh planının həyata keçirilməsi üçün əsas şərtin İsrailin “qətlləri və təcavüzü” dayandırması olduğunu bəyan edib.

Hərəkatın açıqlamasında bildirilib ki, əldə olunmuş razılaşmaların icrası yalnız döyüş əməliyyatları tam dayandırıldıqdan sonra mümkün olacaq.

HƏMAS qeyd edib ki, sülh planının ikinci mərhələsinə keçid İsrail ordusunun Qəzza zolağından tam çıxarılmasından asılı olacaq. Təşkilatın fikrincə, hərbi qüvvələrin anklavda qalması razılaşmanın növbəti mərhələsinin icrasına maneə yarada bilər.

Bəyanatda vurğulanıb ki, HƏMAS təklif olunan planın icrasını yalnız əvvəlcədən razılaşdırılmış şərtlərin tam yerinə yetirilməsi halında mümkün hesab edir.

İsrail tərəfi isə HƏMAS-ın bu açıqlaması ilə bağlı hələlik rəsmi mövqe bildirməyib.