00:00 · 30.09.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Türkiyədə böyük hesablaşma – Bir gündə 9 bələdiyyə sədri…Cənub Şimalı danışıqlara çağırdı – “Masaya əyləşin”“Sabah” – “Qarabağ” oyunu harada keçiriləcək?ABŞ senatorlarından Azərbaycana siyasi məhbus tələbi“Seliverstov” maxinasiyaları : Şəlalə Hüseynovanın şəbəkədəki rolu – SENSASİON TƏFƏRRÜATOktyabrda hava necə olacaq?Vasif Talıbovun işdən çıxarılan yaxın adamının əmlaklarının SİYAHISI YAYILDIQubad İbadoğlu haqda qərar dəyişdi – Almaniyaya getdiƏvəz Zeynallı dəfn olundu-FOTOLARKitab oxuyana 10 milyon verəcəklər– Ölkədə böyük yarış gedirBioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandıYerli istehsal niyə sərfəli deyil? — Natiq CəfərliTürkiyədə böyük hesablaşma – Bir gündə 9 bələdiyyə sədri…Cənub Şimalı danışıqlara çağırdı – “Masaya əyləşin”“Sabah” – “Qarabağ” oyunu harada keçiriləcək?ABŞ senatorlarından Azərbaycana siyasi məhbus tələbi“Seliverstov” maxinasiyaları : Şəlalə Hüseynovanın şəbəkədəki rolu – SENSASİON TƏFƏRRÜATOktyabrda hava necə olacaq?Vasif Talıbovun işdən çıxarılan yaxın adamının əmlaklarının SİYAHISI YAYILDIQubad İbadoğlu haqda qərar dəyişdi – Almaniyaya getdiƏvəz Zeynallı dəfn olundu-FOTOLARKitab oxuyana 10 milyon verəcəklər– Ölkədə böyük yarış gedirBioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandıYerli istehsal niyə sərfəli deyil? — Natiq Cəfərli
Mövqe

“Ömər baba”dan gündəm yaradacaq açıqlamalar

“Kurtlar vadisi” serialında “Ömər Baba” obrazını canlandıran Emin Olcay illər sonra layihənin pərdəarxası ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Uluyol.info xəbər verir ki, aktyor müsahibəsində serialın rejissoru Osman Sınavın layihədən qəfil ayrılmasından danışıb. Olcay Sınavın qərarını gözləmədiklərini bildirib:

“Serialdam imtina etmək qərarına təəccübləndik. Heç gözləmirdik. Həyatın normal axarına zidd bir vəziyyət idi. Deyək ki, “Kurtlar vadisi”ni riskli olduğu üçün buraxdı. Bəs çörək qazandığı sahədən niyə uzaqlaşdı? Bunu heç vaxt anlaya bilməmişəm.

Osmandan sonra serial siyasətə çevrilməyə başladı. Türkiyənin bəzi bilinməyən yerlərinə doğru getməyə başladıq. Bu, getdikcə artdı. Ssenari pozuldu. Bir neçə dəfə yaradıcı heyətlə danışmağa çalışdım, amma cavab vermədilər. Mən də susdum. Yəni şübhələnirdim. Kimlərdənsə məlumatları almasaydılar, bunları haradan bilərdilər?”.

Aktyor Osman Sınavın üzərində silah gördüyünü söyləyib:

“Salacakda bir qəhvəxanada çəkiliş edərkən Osmanın belində silah görmüşdüm. Tədbir üçün üzərində gəzdirirdi. Ofisində “mafiya ombudsmanı” adlandırdığı biri ilə görüşmüşdü”.

Olcay serialla bağlı araşdırma aparılmasını da dəstəklədiyini vurğulayıb:

“İstintaq açılmasını çox doğru hesab edirəm. Həqiqətlər nədirsə, ortaya çıxsın. Əgər yanlış işlər görüblərsə, cəzalarını çəksinlər. Yanlış heç nə etməyiblərsə, bu vəziyyətdən bəraət alaraq çıxsınlar”. (Axşam.az)