00:00 · 03.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdiProfessor etibarlı məlumat mənbələrinin azlığından gileyləndi – çıxış yolu nədir?Laçında itkin düşən əsgər Zəngəzurun Şəki kəndində saxlanıldı – kəndin ağır tarixiİran Trampın təklifini RƏDD ETDİ: Bütün planlar alt-üst olduDTX xəbərdarlıq YAYDI – VİDEOOrbanın başı DƏRDDƏ – Cinayət işi açılırXidmət sektorunda əlavə ödənişlər: Müştəri nəyi əvvəlcədən bilməlidir?İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir…Türkiyə və Azərbaycanın arasına girmək istəyənlərə ox kimi cavablarXəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir“Fənərbaxça” bu heyətlə Bakıya gələcəkPutin – Tramp görüşü ilə bağlı Kremldən açıqlamaFransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdiProfessor etibarlı məlumat mənbələrinin azlığından gileyləndi – çıxış yolu nədir?Laçında itkin düşən əsgər Zəngəzurun Şəki kəndində saxlanıldı – kəndin ağır tarixiİran Trampın təklifini RƏDD ETDİ: Bütün planlar alt-üst olduDTX xəbərdarlıq YAYDI – VİDEOOrbanın başı DƏRDDƏ – Cinayət işi açılırXidmət sektorunda əlavə ödənişlər: Müştəri nəyi əvvəlcədən bilməlidir?İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir…Türkiyə və Azərbaycanın arasına girmək istəyənlərə ox kimi cavablarXəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir“Fənərbaxça” bu heyətlə Bakıya gələcəkPutin – Tramp görüşü ilə bağlı Kremldən açıqlama
Ölkə

İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir…

Faiq Ələkbərli: “Ermənistan hökuməti separatçı tör-töküntülərinin bu cəhdlərinin qarşısını almalı idi”

Azərbaycan Ordusunun 19-20 sentyabr 2023-cü il tarixlərində keçirdiyi lokal antiterror tədbirlərindən sonra separatçılar təslim olmağa məcbur edilib. 28 sentyabr 2023-cü ildə separatçıların sonuncu “rəhbəri” Samvel Şahramanyan qondarma rejimin ləğv edilməsi barədə “fərman” imzalayıb. Həmin sənədə əsasən, 1 yanvar 2024-cü il tarixindən etibarən qondarma qurumun bütün “dövlət qurumları və təşkilatları” ləğv edilib və onun mövcudluğuna rəsmən son qoyulub. Qondarma rejimin keçmiş “rəhbərləri” və separatçı cinayətkarlar (Ruben Vardanyan, Arayik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan və digərləri) Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq Bakıya gətirilib və ədalət məhkəməsi qarşısına çıxarılıblar.

Hazırda Qarabağ bölgəsi tamamilə Azərbaycanın suveren nəzarətindədir və ərazidə sürətli yenidənqurma işləri aparılır. Qondarma “Artsax” rejiminin İrəvandakı keçmiş “daimi nümayəndəliyi” Azərbaycanın Qarabağ üzərində suverenliyini bərpa etməsindən sonra öz hüquqi və praktiki fəaliyyətini tamamilə itirib. 2026-cı ilin may ayında Ermənistan İnzibati Məhkəməsi Baş Prokurorluğun iddiasını təmin edərək qondarma rejimin sözügedən bina üzərindəki mülkiyyət hüququnun dövlət qeydiyyatını ləğv edib. Bina faktiki olaraq Ermənistan hökumətinin tabeçiliyinə verilib. Separatçıların “nümayəndəlik” kimi istifadə etdiyi bu bina sovet dövründə Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Teatrının binası olub.

Ermənistan hüquq-mühafizə orqanları və prokurorluğu belə bir qondarma qurumun artıq mövcud olmadığını rəsmən əsas gətirərək, separatçı qalıqların iddialarını rədd ediblər. 2024-cü ildən etibarən binada mütəmadi olaraq polis axtarışları və basqınlar həyata keçirilib. Hazırda bu tikili hər hansı bir qondarma diplomatik və ya rəsmi status daşımır, xəritələrdə və reyestrlərdə fəaliyyəti dayandırılmış obyekt kimi qeyd olunur.

Sadaladığımız bütün bu faktları isə deyəsən Ermənistandakı bəzi qüvvələr, o cümlədən də separatçı tör-töküntüləri hesaba almayıblar. Onlar yenə də öz xam xəyallarından əl çəkmək istəmirlər və Ermənistan hökumətinin gözü qarşısında revanşist əməllər sərgiləyirlər. Nikol Paşinyan hökuməti artıq məhv edilmiş qondarma “Artsax”ın “daimi nümayəndəliyinin” binasını məhkəmə qaydasında separatçıların əlindən alsa da, amma separatçılar yenə də ora toplaşıb hansısa tədbirlər keçirməkdən çəkinmirlər. Senytabın 28-də “nümyəndəlikdə” separatçı tör-töküntüləri ilə ARF-in Hay Dat Mərkəzi Şurasının, ofislərinin və komitələrinin nümayəndələri arasında “işgüzar görüş” keçirilib. Bunlar elə qələmə verirlər ki, guya “Artsax” da, onun “rəsmi strukturları” da mövcuddur və hansısa işlər görürlər. İrəvanda hələ də qondarma və ləğv edilmiş “Atsax”ın nümayəndəliyi var imiş, deputatları toplanır, görüşlər keçirir və “Artsax” mövzusunu yenidən dünya gündəminə gətirməyin yollarını müzakirə edir.

Bunlar baş verirsə bəs Paşinyan hara baxır?

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, siyasi ekspert Faiq Ələkbərli baki-xeber.com-a bildirdi ki, tarixin arxivinə gömülmüş və əvvəldən də heç bir mənası olmayan qondarma bir qurumun adını İrəvanda yaşatmaq manipuliyasiyadan başqa bir şey deyil. “Bunu edənlər müəyyən məqsədlər güdürlər və onlar mövcud Ermənistan hakimiyyətinin və Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərənlərdir. Paşinyan bu məsələlərdən xeyli dərəcədə nəticə çıxarıb və bir çox həqiqətləri anlayıb. Bu o həqiqətdir ki, ikinci qondarma erməni dövləti yaratmaq nəinki mümkün deyildi və bu Ermənistan adlı dövlətin də məhvi demək idi. Paşinyan və onun ətrafı qondarma “Artsax”ı ardan qaldırdılar ki, heç olmasa indiki Ermənistanı qoruyub saxlasınlar. Bunu özləri də açıq şəkildə etiraf edirlər. Separatçıların bu gün toplaşıb artıq mövcud olmayan bir “rejimi” gündəmə gətirməsi absurddur. Hesab edirəm ki, Ermənistan hökuməti separatçı tör-töküntülərinin bu cəhdlərinin qarşısını almalı idi. Amma təəssüf ki, onlara şərait yaradılıb. Bütün bunlarla yanaşı hesab edirəm ki, separatçı tör-töküntülərinin toplaşması, hansısa görüşlər keçirməsi, nələrisə müzakirə etməsi faydasızdır. Bununla heç nəyə nail ola bilməzlər”.

F.Ələkbərli vurğuladı ki, “Artsax” adlanan rejim nə qədər saxta və qondarma idisə Ermənistan adlanan dövlət də o qədər saxta və qondarmadır. “Biri tarixin arxivinə əbədi gömüldü, ikincisi isə bu ərəfədir. Ermənilər arasında iki tirəlik mövcuddur və onların sahiblər var, onlar da onlardan maşa kimi istifadə edir. Deyək ki, Paşinyan Rusiyanın maşası olmaqdan imtina edib bəzi Qərb dövlətlərinin liderlərinin fikri ilə indiki Ermənistanı qoruyub saxlamağa çalışır. Çünki Paşinyana anlatdılar ki, qondarma “Artsax” Ermənistanı da bir dövlət kimi məhv edəcək. Bunu Avropa dövlətləri də, Paşinyanın ideoloqları da, Rusiya da yaxşı bilir. Rusiya da açıq-aşkar deyir ki, Çar işğalçılığından sonra biz sizin üçün qondarma bir dövlət yaratdıq, hətta sizə qondarma bir “Artsax” da yaratmağa cəhd göstərdik. Əslində bu işlər Paşinyanlıq deyil. Paşinyan var gücü ilə indiki Ermənistanı- 29 kvadrat kilometrlik ərazini qoruyub saxlamağa çalışır. Onun 20 min kvadrat kilometri vaxtilə Sovet Rusiyası tərəfindən zorla Azərbaycandan qoparılaraq Ermənistana verilib. 9 minin özü də mübahisəlidir. Faktiki olaraq 20 min kvadrat kilometrin aradan qaldırılması elə Ermənistanın aradan qaldırılması deməkdir. Çünki faktiki olaraq o zaman 9 min kvadrat kilometrlik ərazidə yaradılmışdı “Ararat”. Düşünülürdü ki, yarım erməni dövlətinin yaranmasının Azərbaycana və Osmanlıya bir təhlükəsi olmayacaq. Ancaq bu yarım erməni dövlətinin sonradan Sovet Rusiyası tərəfindən müəyyən anlamda ciddi bir dövlətə çevrilməsi göstərdi ki, yox, bəzi proseslər bizim istədiyimiz kimi getmədi. İndiki Ermənistanın yenidən başlanğıca qayıtmaq ehtimalı çox böyükdür”.

İradə SARIYEVA,

baki-xeber.com