YAP-ın qurultayında AXC-Müsavat iqtidarı və milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy haqda səsləndirilən ittihamların əsassız olduğu vurğulanıb. Azərbaycan-Türkiyə münasibətlərinə mənfi təsir göstərə biləsi müddəalara görə narahatlıq ifadə edilib.Oktyabrın 5-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib.Ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Toplum TV işi üzrə məhkəmə prosesi barədə məlumat verilib. Məhkəməyə ictimaiyyət nümayəndələrinin buraxılmaması pislənilib. Bütün siyasi məhbusların azadlığa buraxılması bir daha tələb edilib.
İclasda Yeni Azərbaycan Partiyasının qurultayı müzakirə mövzusu olub. Qeyd edilib ki, qurultayda yeni ideyalar irəli sürülməyib, ciddi dəyişikliklər baş verməyib, tədbir gələcəyə deyil, daha çox keçmişə yönəlib. Cəmiyyətdə yumşalma xəttini əks etdirən çıxışlar əvəzinə sərt ritorika davam etdirilib. YAP-ın qurultayında AXC-Müsavat iqtidarı və milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy haqda səsləndirilən ittihamların əsassız olduğu vurğulanıb.
Azərbaycan-Türkiyə münasibətlərinə mənfi təsir göstərə biləsi müddəalara görə narahatlıq ifadə edilib.
Müsavat Partiyasının yaranmasının 115-ci ildönümü ilə bağlı partiyanın gənclər təşkilatı tədbir keçirəcək. Bu tədbirə hazırlıqla bağlı müvafiq tapşırıqlar verilib.
Divan müəllimlər günü münasibətilə müəllimləri təbrik edib. Qeyd edilib ki, Müsavat Partiyası M. Ə. Rəsulzadənin baxışına əsasən müəllim obrazını milli azadlıq ideyasını nəsillərdən-nəsillərə ötürən, cəhalətə qarşı mübarizə aparan işıq daşıyıcısı kimi dəyərləndirir.
Regionda və dünyada gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.