00:00 · 29.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Telefonu enerji yığmağa qoyarkən çoxlarının unutduğu vacib qaydaBarak Obama Tramp üçün problemə çevrilirErmənistan parlamenti ratifikasiya etdi – Növbəti addım nə olacaq?Ərdoğan Tokayevlə görüşdü Tiflisdə kütləvi aksiya anonsu – müxalifət Gürcüstanı İvanişvilisiz görmək istəyirİsraildə “ölüm-qalım savaşı” başladı – Netanyahu hakimiyyəti itirir, ərəblər hərəkətə keçdi!Bu şəxslərə 10 gün vaxt verildi – Nazirlik açıqlama yaydıRamiz Mehdiyev Xoşqədəm Hidayətqızını öldürtdürmək istəyib?Azərbaycanı ağır illər gözləyir? – İki BAXIŞKapital Bank bu il əhalini 400 milyon manatdan çox borclandırıbİpoteka kreditlərinin verilməsi qaydaları dəyişibƏrdoğan Türk Dövlətləri Təşkilatı liderlərinin iştirakı ilə rəsmi şam yeməyi verəcəkTelefonu enerji yığmağa qoyarkən çoxlarının unutduğu vacib qaydaBarak Obama Tramp üçün problemə çevrilirErmənistan parlamenti ratifikasiya etdi – Növbəti addım nə olacaq?Ərdoğan Tokayevlə görüşdü Tiflisdə kütləvi aksiya anonsu – müxalifət Gürcüstanı İvanişvilisiz görmək istəyirİsraildə “ölüm-qalım savaşı” başladı – Netanyahu hakimiyyəti itirir, ərəblər hərəkətə keçdi!Bu şəxslərə 10 gün vaxt verildi – Nazirlik açıqlama yaydıRamiz Mehdiyev Xoşqədəm Hidayətqızını öldürtdürmək istəyib?Azərbaycanı ağır illər gözləyir? – İki BAXIŞKapital Bank bu il əhalini 400 milyon manatdan çox borclandırıbİpoteka kreditlərinin verilməsi qaydaları dəyişibƏrdoğan Türk Dövlətləri Təşkilatı liderlərinin iştirakı ilə rəsmi şam yeməyi verəcək
Ölkə

Bu şəxslərə 10 gün vaxt verildi – Nazirlik açıqlama yaydı

Borclular icra sənədlərində göstərilən tələbləri könüllü şəkildə yerinə yetirməlidirlər. Bu məqsədlə, məhkəmənin qərarında başqa müddət nəzərdə tutulmayıbsa, icraata başlanıldığı vaxtdan etibarən ən çoxu 10 gün müddət müəyyən edilir.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qanunvericiliklə və ya icra sənədi ilə dərhal icrası nəzərdə tutulan tələblər təxirə salınmadan yerinə yetirilməlidir. Qeyd olunub ki, icra sənədində satılmalı əmlak müəyyən edildikdə, borclu könüllü icra bildirişini aldıqdan sonra 7 iş günü ərzində həmin əmlakın açıq bazarda satılması üçün icra məmuruna müraciət edə bilər. Bu halda tələbin əmlakın açıq bazarda satılması yolu ilə könüllü icrası üçün 2 ay müddət müəyyən edilir.

Eyni zamanda, notarius tərəflərdən birinin müraciəti əsasında ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiqlənmiş müraciəti icra qeydi ilə birlikdə icra orqanına göndərdikdə də əmlakın açıq bazarda satılması yolu ilə tələbin könüllü icrası üçün 2 aylıq müddət müəyyən olunur.