00:00 · 03.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Ağaclar torpağın altındakı qızıl yataqlarının yerini göstərə bilərRusiya Türk Dövlətləri Təşkilatına şərt qoyur? – Tatarıstan yox, bütün ölkə!Meydan TV-də böyük qalmaqal: Həbsdəki jurnalistlər rəhbərliyi ifşa etdi – “Bura sizin meydanınız deyil!”Türkiyədə güclü zəlzələ olduBakıda onmərtəbəli binada lift kabusu – “Hər dəfə birimiz liftdə alırıq”Qonşu bunu edirsə, 2500 manat cərimə olunacaq“Analizləri də evdə vermişəm, vəziyyətim yaxşı deyil” – Rais RəsulzadəQazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıbEbolaya yoluxma 10 mini, ölənlərin sayı isə 5 mini ötdü – Artıq bütün ölkələr risk altındadırMüsavat Divanının gündəliyiAbdullah Öcalanın saxlanıldığı yer dəyişdirildi“Fənərbaxça” Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi!Ağaclar torpağın altındakı qızıl yataqlarının yerini göstərə bilərRusiya Türk Dövlətləri Təşkilatına şərt qoyur? – Tatarıstan yox, bütün ölkə!Meydan TV-də böyük qalmaqal: Həbsdəki jurnalistlər rəhbərliyi ifşa etdi – “Bura sizin meydanınız deyil!”Türkiyədə güclü zəlzələ olduBakıda onmərtəbəli binada lift kabusu – “Hər dəfə birimiz liftdə alırıq”Qonşu bunu edirsə, 2500 manat cərimə olunacaq“Analizləri də evdə vermişəm, vəziyyətim yaxşı deyil” – Rais RəsulzadəQazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıbEbolaya yoluxma 10 mini, ölənlərin sayı isə 5 mini ötdü – Artıq bütün ölkələr risk altındadırMüsavat Divanının gündəliyiAbdullah Öcalanın saxlanıldığı yer dəyişdirildi“Fənərbaxça” Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi!
Sosial

Bakıda onmərtəbəli binada lift kabusu – “Hər dəfə birimiz liftdə alırıq”

Bakının Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, bina 26, blok 5 ünvanındakı onmərtəbəli binada uzun müddətdir lift problemi var. İş o yerə çatıb ki, sakinlər tez-tez liftdə qalır, kömək çağırırlar.
Bu barədə sakinlər Lent.az-a müraciət ediblər.
“Binada tez-tez lift xarab olur. Dəfələrlə qonşularımız və ailə üzvlərimiz liftin içərisində qalıblar. Hər dəfə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və ustalar köməyə çatır, insanları xilas edir, lifti təmir edirlər. Lakin üstündən bir-iki həftə keçməmiş yenidən xarab olub.
İş o yerə çatıb ki, qorxumuzdan liftə minə bilmirik. Hər dəfə düşünürük ki, görəsən, nə vaxtsa, ciddi bir bədbəxt hadisə baş verəcək?
Özhesabımıza yeni lift quraşdırılması üçün isə 20-30 min manatdan çox vəsait lazımdır”.
“Lifttəmir” İstehsalat Birliyindən  Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, “Lifttəmir” İstehsalat Birliyi kooperativ binalar və Mənzil-Tikinti Kooperativlərində (MTK) xidmət göstərmir:
“Qeyd olunan Binəqədi rayonu Əcəmi Naxçıvani 26 ünvanda yerləşən bina kooperativ binadır. Bu səbəbdən həmin binanın liftlərinə Liftəmir İstehsalat birliyi tərəfindən xidmət göstərilmir. Lift idarəsi yalnız Mənzil-kommunal təsərrüfatı birliyinın balansında olan binaların liftlərinə xidmət göstərir”.
Bir ildən çoxdur lift problemi çəkən sakinlər ya komdendantın ümidinə qalıb, yeni lift gözləyəcəklər, ya da özləri vəsait toplayaraq lift almağa çalışacaqlar.
Qeyd edək ki, ötən günlərdə oxşar problem Bakının Nizami rayonu, Naxçıvanski küçəsi, 76 ünvanındakı doqquzmərtəbəli binada da yaşanıb.  Lent.az-a müraciət edən sakinlər liftin tez-tez sıradan çıxdığını, sonuncu dəfə isə 12 gün işləmədiyini bildirmişdilər. Şikayətçilər bunun xüsusilə yuxarı mərtəbələrdə yaşayan yaşlılar və uşaqlı ailələr üçün ciddi çətinlik yaratdığını vurğulayıblar. Sakinlər lift ustasının müraciətlərə laqeyd münasibətindən və rayonun lift idarəsində qarşılaşdıqları kobud rəftardan da şikayətləniblər.