00:00 · 03.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Ağaclar torpağın altındakı qızıl yataqlarının yerini göstərə bilərRusiya Türk Dövlətləri Təşkilatına şərt qoyur? – Tatarıstan yox, bütün ölkə!Meydan TV-də böyük qalmaqal: Həbsdəki jurnalistlər rəhbərliyi ifşa etdi – “Bura sizin meydanınız deyil!”Türkiyədə güclü zəlzələ olduBakıda onmərtəbəli binada lift kabusu – “Hər dəfə birimiz liftdə alırıq”Qonşu bunu edirsə, 2500 manat cərimə olunacaq“Analizləri də evdə vermişəm, vəziyyətim yaxşı deyil” – Rais RəsulzadəQazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıbEbolaya yoluxma 10 mini, ölənlərin sayı isə 5 mini ötdü – Artıq bütün ölkələr risk altındadırMüsavat Divanının gündəliyiAbdullah Öcalanın saxlanıldığı yer dəyişdirildi“Fənərbaxça” Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi!Ağaclar torpağın altındakı qızıl yataqlarının yerini göstərə bilərRusiya Türk Dövlətləri Təşkilatına şərt qoyur? – Tatarıstan yox, bütün ölkə!Meydan TV-də böyük qalmaqal: Həbsdəki jurnalistlər rəhbərliyi ifşa etdi – “Bura sizin meydanınız deyil!”Türkiyədə güclü zəlzələ olduBakıda onmərtəbəli binada lift kabusu – “Hər dəfə birimiz liftdə alırıq”Qonşu bunu edirsə, 2500 manat cərimə olunacaq“Analizləri də evdə vermişəm, vəziyyətim yaxşı deyil” – Rais RəsulzadəQazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıbEbolaya yoluxma 10 mini, ölənlərin sayı isə 5 mini ötdü – Artıq bütün ölkələr risk altındadırMüsavat Divanının gündəliyiAbdullah Öcalanın saxlanıldığı yer dəyişdirildi“Fənərbaxça” Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi!
Gündəm

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb

Qazaxıstanın qərbində – Atırauda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb.

Uluyol.info apa-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Məlumata görə, cinayətkar qruplaşma üzvləri Qazaxıstanın qərb bölgəsində konstitusiya quruluşunun əsaslarını zorakılıqla dəyişdirməyi hədəfləyiblər.

Bildirilib ki, saxlanılan şəxslər ekstremist qrupun yaradılması, rəhbərliyi və fəaliyyətində iştirak etmək, terrorizmi təbliğ etmək və dini ədavəti qızışdırmaqda şübhəli bilinirlər.

Təqsirləndirilən şəxslərin evlərinə baxış zamanı odlu silah, narkotik vasitə, dini ləvazimat, ədəbiyyat və digər maddi sübutlar götürülüb.

Onların yaratdıqları uşaq və yeniyetmələr üçün üç yeraltı təlim mərkəzinin fəaliyyəti dayandırılıb.