00:00 · 03.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Ağaclar torpağın altındakı qızıl yataqlarının yerini göstərə bilərRusiya Türk Dövlətləri Təşkilatına şərt qoyur? – Tatarıstan yox, bütün ölkə!Meydan TV-də böyük qalmaqal: Həbsdəki jurnalistlər rəhbərliyi ifşa etdi – “Bura sizin meydanınız deyil!”Türkiyədə güclü zəlzələ olduBakıda onmərtəbəli binada lift kabusu – “Hər dəfə birimiz liftdə alırıq”Qonşu bunu edirsə, 2500 manat cərimə olunacaq“Analizləri də evdə vermişəm, vəziyyətim yaxşı deyil” – Rais RəsulzadəQazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıbEbolaya yoluxma 10 mini, ölənlərin sayı isə 5 mini ötdü – Artıq bütün ölkələr risk altındadırMüsavat Divanının gündəliyiAbdullah Öcalanın saxlanıldığı yer dəyişdirildi“Fənərbaxça” Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi!Ağaclar torpağın altındakı qızıl yataqlarının yerini göstərə bilərRusiya Türk Dövlətləri Təşkilatına şərt qoyur? – Tatarıstan yox, bütün ölkə!Meydan TV-də böyük qalmaqal: Həbsdəki jurnalistlər rəhbərliyi ifşa etdi – “Bura sizin meydanınız deyil!”Türkiyədə güclü zəlzələ olduBakıda onmərtəbəli binada lift kabusu – “Hər dəfə birimiz liftdə alırıq”Qonşu bunu edirsə, 2500 manat cərimə olunacaq“Analizləri də evdə vermişəm, vəziyyətim yaxşı deyil” – Rais RəsulzadəQazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıbEbolaya yoluxma 10 mini, ölənlərin sayı isə 5 mini ötdü – Artıq bütün ölkələr risk altındadırMüsavat Divanının gündəliyiAbdullah Öcalanın saxlanıldığı yer dəyişdirildi“Fənərbaxça” Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi!
Ölkə

“Analizləri də evdə vermişəm, vəziyyətim yaxşı deyil” – Rais Rəsulzadə

“Təxminən bir həftə əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetində doğum günüm münasibətilə genişmiqyaslı konfrans keçirilməli idi. Lakin səhhətimdə ciddi problemlər yarandığı üçün tədbiri təxirə salmağa məcbur oldum”.

Bunu musavat.com-a açıqlamasında Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rais Rəsulzadə ötən gün 80 yaşının tamam olmasından danışarkən deyib.

Bildirib ki, səhhəti ona yubiley tədbirlərini keçirməyə imkan verməyib:

“Belə tədbirləri 10-15 gün, hətta bir ay sonraya keçirmək mümkündür. Yubiley xəbərini eşidən yaxınlarım, tanışlarım gəlib mənə baş çəkirlər”.

Rais Rəsulzadə deyib ki, səhhəti ilə bağlı ciddi problemi var:

“Hazırda vəziyyətim elə də yaxşı deyil. Təzyiqim tez-tez dəyişir. Həkim nəzarətindəyəm, hətta analizləri də evdə vermişəm, çünki poliklinikaya gedəcək vəziyyətdə deyiləm. Məndə təkcə təzyiq problemi deyil, şəkər xəstəliyindən də əziyyət çəkirəm. Həmçinin insult keçirmişəm, böyrək xəstəliyim də var. Bütün bu problemlər üst-üstə düşdüyündən səhhətimdə ciddi çətinliklər yaranıb”.

Qeyd edək ki, Rəis Rəsulzadə 1946-cı ildə Qazaxıstanda anadan olub.  Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin və həyat yoldaşı Ümbülbanu Rəsulzadənin nəvəsi, Azər Rəsulzadənin oğludur. 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2002-ci ildə “Azərbaycan Respublikasının əməkdar rəssamı” adına layiq görülüb. O, həmçinin 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 2009-cu ildən Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının rəhbəridir.  

Şahanə Rəhimli, musavat.com