00:00 · 04.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
İran-ABŞ danışıqlarında yeni vəziyyət: Tehran şərtlərindən geri çəkilmirOnlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda ölən 10 şairXırdalanda 12 yaşlı uşaq itkin düşdüAzərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edilib – Siyahıİyi ki Turan demişiz !Klinton Maskın məsuliyyətə cəlb olunmasını tələb etdiSabirabadda yol bərbad vəziyyətdə: Maşınlar yolda qalır – Sakinlər DAD DEYİR…Ağaclar torpağın altındakı qızıl yataqlarının yerini göstərə bilərRusiya Türk Dövlətləri Təşkilatına şərt qoyur? – Tatarıstan yox, bütün ölkə!Meydan TV-də böyük qalmaqal: Həbsdəki jurnalistlər rəhbərliyi ifşa etdi – “Bura sizin meydanınız deyil!”Türkiyədə güclü zəlzələ olduBakıda onmərtəbəli binada lift kabusu – “Hər dəfə birimiz liftdə alırıq”İran-ABŞ danışıqlarında yeni vəziyyət: Tehran şərtlərindən geri çəkilmirOnlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda ölən 10 şairXırdalanda 12 yaşlı uşaq itkin düşdüAzərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edilib – Siyahıİyi ki Turan demişiz !Klinton Maskın məsuliyyətə cəlb olunmasını tələb etdiSabirabadda yol bərbad vəziyyətdə: Maşınlar yolda qalır – Sakinlər DAD DEYİR…Ağaclar torpağın altındakı qızıl yataqlarının yerini göstərə bilərRusiya Türk Dövlətləri Təşkilatına şərt qoyur? – Tatarıstan yox, bütün ölkə!Meydan TV-də böyük qalmaqal: Həbsdəki jurnalistlər rəhbərliyi ifşa etdi – “Bura sizin meydanınız deyil!”Türkiyədə güclü zəlzələ olduBakıda onmərtəbəli binada lift kabusu – “Hər dəfə birimiz liftdə alırıq”
Manşet

İran-ABŞ danışıqlarında yeni vəziyyət: Tehran şərtlərindən geri çəkilmir

İran ABŞ ilə mümkün razılaşma məsələsində hələlik hər hansı irəliləyişin olmadığını açıqlayıb.

Musavat.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi dövlət televiziyasına müsahibəsində bildirib ki, tərəflər arasında vasitəçilər üzərindən mesaj mübadiləsi əvvəlki qaydada davam edir. Lakin Vaşinqtonla razılaşma istiqamətində yeni bir inkişaf qeydə alınmayıb.

Bəqayi ABŞ-ın əvvəlki mövqeyinin Vaşinqtonun diplomatiyaya səmimi yanaşdığına dair nikbinliyə əsas vermədiyini vurğulayıb. Bununla belə, Tehran öz maraqlarını və qanuni tələblərini təmin etmək, təhdidləri aradan qaldırmaq və regionda təhlükəsizliyi qorumaq məqsədilə diplomatik imkanlardan istifadə etməyə hazırdır.

İran rəsmisi ölkənin silahlı qüvvələrinin mümkün hücumlara qarşı yüksək hazırlıq vəziyyətində olduğunu da bildirib. Onun sözlərinə görə, İran istənilən təcavüzə güclü cavab verməyə hazırdır.

Qətər və Pakistan vasitəçilik edir

ABŞ və İran arasında gərginliyin azaldılması və Hörmüz boğazının yenidən açılması istiqamətində Qətər vasitəçilik səylərini davam etdirir.

Bu çərçivədə oktyabrın 30-da Qətər nümayəndələri Tehranda İran rəsmiləri ilə görüşüb. Daha sonra İran nümayəndə heyəti Dohada vasitəçilərlə iki gün davam edən müzakirələr aparıb.

İranın xarici işlər naziri Abbas Əraqçi də Qətər və Pakistanın vasitəçiliyi ilə intensiv məsləhətləşmələrin aparıldığını açıqlayıb. O bildirib ki, Tehran öz şərtlərini və təkliflərini qarşı tərəfə təqdim edib.

Əraqçi ABŞ-ın diplomatiyanı səmimi şəkildə seçəcəyi təqdirdə İranın danışıqlara hazır olduğunu, hərbi əməliyyatlara üstünlük veriləcəyi halda isə Vaşinqtonun daha ağır cavabla üzləşəcəyini deyib. O, Hörmüz boğazının açılmasının İranın şərtlərinin qəbul edilməsindən asılı olduğunu vurğulayıb.

İran mənbələrinin məlumatına görə, ABŞ Tehran tərəfindən irəli sürülən yeddi şərti yerinə yetirməyənədək danışıqlarda yeni addım atılması gözlənilmir.

Son olaraq Qətər nümayəndə heyətinin ABŞ-nin təklifini İran rəhbərliyinə çatdırmaq üçün Tehrana səfər etdiyi bildirilib. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi isə Vaşinqtonun İranın hüquq və tələblərinə verdiyi cavabın qənaətbəxş olmadığını açıqlayıb.