00:00 · 04.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
İran-ABŞ danışıqlarında yeni vəziyyət: Tehran şərtlərindən geri çəkilmirOnlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda ölən 10 şairXırdalanda 12 yaşlı uşaq itkin düşdüAzərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edilib – Siyahıİyi ki Turan demişiz !Klinton Maskın məsuliyyətə cəlb olunmasını tələb etdiSabirabadda yol bərbad vəziyyətdə: Maşınlar yolda qalır – Sakinlər DAD DEYİR…Ağaclar torpağın altındakı qızıl yataqlarının yerini göstərə bilərRusiya Türk Dövlətləri Təşkilatına şərt qoyur? – Tatarıstan yox, bütün ölkə!Meydan TV-də böyük qalmaqal: Həbsdəki jurnalistlər rəhbərliyi ifşa etdi – “Bura sizin meydanınız deyil!”Türkiyədə güclü zəlzələ olduBakıda onmərtəbəli binada lift kabusu – “Hər dəfə birimiz liftdə alırıq”İran-ABŞ danışıqlarında yeni vəziyyət: Tehran şərtlərindən geri çəkilmirOnlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda ölən 10 şairXırdalanda 12 yaşlı uşaq itkin düşdüAzərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edilib – Siyahıİyi ki Turan demişiz !Klinton Maskın məsuliyyətə cəlb olunmasını tələb etdiSabirabadda yol bərbad vəziyyətdə: Maşınlar yolda qalır – Sakinlər DAD DEYİR…Ağaclar torpağın altındakı qızıl yataqlarının yerini göstərə bilərRusiya Türk Dövlətləri Təşkilatına şərt qoyur? – Tatarıstan yox, bütün ölkə!Meydan TV-də böyük qalmaqal: Həbsdəki jurnalistlər rəhbərliyi ifşa etdi – “Bura sizin meydanınız deyil!”Türkiyədə güclü zəlzələ olduBakıda onmərtəbəli binada lift kabusu – “Hər dəfə birimiz liftdə alırıq”
Gündəm

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edilib – Siyahı

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edilib.

Son zamanlar İran İslam Respublikası vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsasız sərt ittihamların, təhqiramiz ifadələrin, habelə qeyri-qanuni çağırışların artdığı müşahidə olunur. Müxtəlif səviyyəli din xadimləri, parlament üzvləri, ekspertlər, media nümayəndələri tərəfindən Azərbaycanın suverenliyi, təhlükəsizliyi, dövlət-din münasibətləri, ölkənin idarəçilik sistemi və s. hədəf götürülür, dini radikalizm təşviq olunur, dini nifrət və düşmənçiliyin qızışdırılmasına cəhd olunur, həmçinin hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar edilir.

Poliqon-nun əldə etdiyi məlumata görə, qeyd olunanlar nəzərə alınaraq, mediada, sosial şəbəkələrdə Azərbaycana qarşı çağırışlar səsləndirən və düşmənçiliyi təşviq edən 14 İran vətəndaşı Azərbaycan Respublikasının ərazisində “arzuolunmaz şəxs” elan edilib və onların Azərbaycan ərazisinə girişinə qadağa qoyulub.

Həmin şəxslərin siyahısını təqdim edirik:

1. Ehsan Movəhhediyan – Siyasi təhlilçi, ekspert, Tehran Əllamə Təbabtəbayi Universitetinin müəllimi

2. Əhməd Fərşbafiyan – Təbriz Universiteti nəzdində Qafqaz və Anadolu Araşdırmaları Mərkəzinin keçmiş rəhbəri

3. Kamran Qəzənfəri – İran İslam Şurası Məclisinin deputatı

4. Əlirza Beyqi – İran İslam Şurası Məclisinin keçmiş deputatı, siyasi şərhçi

5. Əbülfəzl Zöhrəvənd – İran İslam Şurası Məclisinin deputatı

6. Abbas Moqtədayi Xorasqani – İran İslam Şurası Məclisinin deputatı.

7. Əlirza Səlimi – İran İslam Şurası Məclisinin deputatı

8. Hüseyn Şəriətmədari – “Keyhan” qəzetinin baş redaktoru

9. Ayətullah Möhsün Əraki – İranda Ali Rəhbəri seçən Ekspertlər Məclisinin üzvü, Məsləhət Şurasının üzvü

10. Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani – Qum Elmi Hövzəsinin Müəllifləri və Müəllimləri Cəmiyyətinin üzvü, Qum şəhərindəki Əimmeyi-Əthar (ə) Fiqh Mərkəzinin rəhbəri

11. Əbdül Hüseyn Xosrov Pənah – İran Ali Mədəni İnqilab Şurasının katibi

12. Hüccətül-islam Qulamrza Kavaşi – Təbriz İmam-cüməsinin ofisinin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri, İran Ali Rəhbərinin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi ofisinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

13. Daryuş Səfərnejad – Professor, siyasi ekspert

14. Əhmədrza Musəvi – Aktyor və teleaparıcı