00:00 · 08.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Müsavat Partiyası İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edib- FOTOLARMoskvada genişmiqyaslı REYD: 300 yeniyetmə saxlanıldı – Çağırış vərəqələri PAYLANDIPrezident: 44 gün ərzində Türkiyə Prezidenti və qardaş türk xalqı bizim yanımızda idiTəhlükəli virusla bağlı XƏBƏRDARLIQ! Adi soyuqdəyməyə bənzəyir, amma…Bu gün dualarımızda onlar var… – FotolarTraktorun kapitanı : “Heç bir komanda Traktor klubu qədər düşmənçiliklə üzləşmir”Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – VİDEO8 may-8 noyabr – altı aylıq zamanı 28 ilə keçməyin məşəqqəti…“Ata, mən gəldim…” – Şəhidlərin övladlarına əmanət etdiyi Zəfər- TƏSİRLİ VİDEOƏrdoğan Azərbaycana səfərə gəldiBakıda və Abşeron yarımadasında yağış yağacaq, şimşək çaxacaq“İmişli” “Sumqayıt”a, “Şamaxı” “Sabah”a qarşıMüsavat Partiyası İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edib- FOTOLARMoskvada genişmiqyaslı REYD: 300 yeniyetmə saxlanıldı – Çağırış vərəqələri PAYLANDIPrezident: 44 gün ərzində Türkiyə Prezidenti və qardaş türk xalqı bizim yanımızda idiTəhlükəli virusla bağlı XƏBƏRDARLIQ! Adi soyuqdəyməyə bənzəyir, amma…Bu gün dualarımızda onlar var… – FotolarTraktorun kapitanı : “Heç bir komanda Traktor klubu qədər düşmənçiliklə üzləşmir”Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – VİDEO8 may-8 noyabr – altı aylıq zamanı 28 ilə keçməyin məşəqqəti…“Ata, mən gəldim…” – Şəhidlərin övladlarına əmanət etdiyi Zəfər- TƏSİRLİ VİDEOƏrdoğan Azərbaycana səfərə gəldiBakıda və Abşeron yarımadasında yağış yağacaq, şimşək çaxacaq“İmişli” “Sumqayıt”a, “Şamaxı” “Sabah”a qarşı
Dünya

Moskvada genişmiqyaslı REYD: 300 yeniyetmə saxlanıldı – Çağırış vərəqələri PAYLANDI

Moskvanın mərkəzində polis əməkdaşları tərəfindən genişmiqyaslı reyd keçirilib.

Musavat.com xəbər verir ki, Rusiya Paytaxt Polisinin yaydığı məlumata görə, profilaktik tədbirlər ictimai yerlərdə spirtli içki qəbulunun qarşısını almaq və inzibati xətaların önünə keçmək məqsədilə təşkil olunub.

Noyabrın 7-də saxlanılan şəxslər araşdırma aparılması üçün Basmannı rayon polis şöbəsinə aparılıblar. Məsul şəxslər qanunvericiliyi pozanlar barəsində müvafiq tədbirlərin görüləcəyini bildiriblər.

“REN TV”nin məlumatına görə, “Kitay-gorod” ərazisində kütləvi həbslər həyata keçirilib – bölmələrə 300-ə yaxın yeniyetmə aparılıb. Hadisə şahidləri valideynlərin içəri yalnız tək-tək buraxıldığını deyiblər.

“Ostorojno, novosti” “Telegram” kanalı isə xəbər verir ki, saxlanılan yetkinlik yaşına çatmış şəxslərə, o cümlədən möhlət hüququ olan tələbələrə hərbi komissarlığa çağırış vərəqələri paylanıb. Saxlanılanlardan biri polis bölməsinin tualetində əməkdaşlarla mübahisə edən bir neçə nəfərin döyüldüyünü iddia edib. Reydlər zamanı xüsusilə “qeyri-formal geyimdə” olan gənclərin hədəf alındığı bildirilir.

Bundan əlavə, saxlanılan şəxslərə Rusiya Müdafiə Nazirliyi ilə hərbi xidmət müqaviləsi bağlamaq təklif olunub. Azad edilənlərdən biri və anası Moskva mərkəzində bu cür reydlərin müntəzəm xarakter aldığını, polislərin yeniyetmələrə həftəsonları şəhər mərkəzində görünməməyi tapşırdığını qeyd ediblər.

Kanalın məlumatına görə, elektron siqaret çəkən bir gənc polis tərəfindən döyülüb. Hətta saxlanılan bəzi yeniyetmələr də fiziki zorakılıqla üzləşdiklərindən şikayətləniblər. Şahidlərin sözlərinə görə, onlara su içməyə və tualetə getməyə icazə verilməyib, bölmənin həyətində isə gənclər soyuqda təxminən üç saat sıraya düzülərək saxlanılıblar.