00:00 · 08.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Müsavat Partiyası İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edib- FOTOLARMoskvada genişmiqyaslı REYD: 300 yeniyetmə saxlanıldı – Çağırış vərəqələri PAYLANDIPrezident: 44 gün ərzində Türkiyə Prezidenti və qardaş türk xalqı bizim yanımızda idiTəhlükəli virusla bağlı XƏBƏRDARLIQ! Adi soyuqdəyməyə bənzəyir, amma…Bu gün dualarımızda onlar var… – FotolarTraktorun kapitanı : “Heç bir komanda Traktor klubu qədər düşmənçiliklə üzləşmir”Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – VİDEO8 may-8 noyabr – altı aylıq zamanı 28 ilə keçməyin məşəqqəti…“Ata, mən gəldim…” – Şəhidlərin övladlarına əmanət etdiyi Zəfər- TƏSİRLİ VİDEOƏrdoğan Azərbaycana səfərə gəldiBakıda və Abşeron yarımadasında yağış yağacaq, şimşək çaxacaq“İmişli” “Sumqayıt”a, “Şamaxı” “Sabah”a qarşıMüsavat Partiyası İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edib- FOTOLARMoskvada genişmiqyaslı REYD: 300 yeniyetmə saxlanıldı – Çağırış vərəqələri PAYLANDIPrezident: 44 gün ərzində Türkiyə Prezidenti və qardaş türk xalqı bizim yanımızda idiTəhlükəli virusla bağlı XƏBƏRDARLIQ! Adi soyuqdəyməyə bənzəyir, amma…Bu gün dualarımızda onlar var… – FotolarTraktorun kapitanı : “Heç bir komanda Traktor klubu qədər düşmənçiliklə üzləşmir”Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – VİDEO8 may-8 noyabr – altı aylıq zamanı 28 ilə keçməyin məşəqqəti…“Ata, mən gəldim…” – Şəhidlərin övladlarına əmanət etdiyi Zəfər- TƏSİRLİ VİDEOƏrdoğan Azərbaycana səfərə gəldiBakıda və Abşeron yarımadasında yağış yağacaq, şimşək çaxacaq“İmişli” “Sumqayıt”a, “Şamaxı” “Sabah”a qarşı
Cəmiyyət

Müsavat Partiyasının Başqanı 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Müsavat Partiyasının Başqanı İsa Qəmbər 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

“Əziz həmvətənlər, hörmətli soydaşlar!

Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olan 8 Noyabr – Zəfər Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm!

Zəfər Günü xalqımızın azadlıq və torpaq sevgisinin, milli iradəsinin, sarsılmaz mübarizə əzminin təntənəsidir. Bu qələbə Vətən torpaqlarını azad etmək naminə birləşən xalqımızın, rəşadətli ordumuzun və qəhrəman əsgər-zabitlərimizin fədakarlığının, şəhidlərimizin müqəddəs qanının bahasına qazanılmış tarixi nailiyyətdir.

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının öz taleyinə sahib çıxmaq əzmini, ordumuzun gücünü və peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. İşğal altındakı torpaqlarımızın böyük hissəsinin azad edilməsi, xüsusilə Qarabağın tacı, milli qürurumuz Şuşanın azad edilməsi Zəfərimizin ən parlaq səhifələrindən biri oldu.

2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı ilə Xankəndi, Xocalı və digər ərazilərimiz üzərində dövlət suverenliyimiz tam bərpa edildi. Beləliklə, Azərbaycan ərazilərində separatizmin hökmranlığına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olundu.

Bu Zəfər həm də xalqımızın tarixi ədalətin bərpasına, milli birliyə və müstəqil dövlətçilik iradəsinə söykənən böyük qələbəsidir. Onun qazanılmasında payı olan hər kəsin – ön cəbhədə döyüşənlərin, arxa cəbhədə çalışanların, xalqımızın hər bir vətəndaşının xidmətləri unudulmamalıdır.

Bu əlamətdar gündə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirəm. Qazilərimizə möhkəm cansağlığı, şəhid ailələrinə səbir və dözüm, xalqımıza əmin-amanlıq arzulayıram.

Şəhidlərimizin qəhrəmanlığı və fədakarlığı heç zaman unudulmamalı, onların bizə əmanət qoyduğu Vətən daim qorunmalıdır.

Zəfəri qazanmaq nə qədər böyük hünərdirsə, onu qorumaq, müstəqil və güclü dövlət qurmaq, azad və firavan cəmiyyət yaratmaq da bir o qədər böyük məsuliyyətdir.

Qarşıda duran əsas vəzifəmiz bu tarixi nailiyyətləri möhkəmləndirmək, milli birliyimizi qorumaq və gələcək nəsillərə suveren, demokratik, hüquqi və qüdrətli Azərbaycan miras qoymaqdır.

Qoy Zəfər Günümüz xalqımıza daim qürur, dövlətimizə güc, millətimizə birlik gətirsin!

Əziz həmvətənlər!

Sizi bir daha Zəfər Günü münasibətilə təbrik edir, hər birinizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə isə uğurlar arzulayıram.

Tanrı Azərbaycanımızı qorusun!