Veteran jurnalist, yazıçı-publisist Əlövsət Polad vəfat edib
Neftçala rayonunun dəyərli ziyalısı, veteran jurnalist, yazıçı-publisist Əlövsət Polad 83 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Əlövsət Polad 1943-cü ildə Neftçalanın Züd-Ost Qoltuq kəndində anadan olub. 1973-cü ildən rayonun mətbuat orqanı “Gündoğar” qəzetində çalışıb, eyni zamanda Azərbaycan radiosunun “Xəbərlər” proqramı ilə əməkdaşlıq edib.
1990-cı ildən bədii yaradıcılığa başlayıb. “Bitməmiş povestlər” (2004), “Mənim dünyam”, “Yazılan qalır”, “Qalan yazılarım”, “Narahatlıq”, “Qurama”, “Qiyamət” (2017) və “Ölümə hazırlıq” kimi kitabların müəllifidir.
Əlövsət Əliyev Milli Azadlıq hərəkatının fəallarından, Müsavat Partiyasının Bərpa Bürosunun üzvü və müsavatçılıq ideologiyasının təbliğatçısı idi. Həyatını hüquqi Azərbaycan uğrunda mübarizəyə həsr etmiş ziyalı, şəxsiyyət idi.
Uluyol.info mərhumun ailəsinə, rayon ictimaiyyətinə, ədəbiyyat və demokratik düşərgəyə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!