00:00 · 24.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Rusiya diplomatı ölkədən çıxarılırAvropa İttifaqı Ukrayna ilə bağlı sülh danışıqlarına qoşulmaq istəyirQarabağı Konstitusiyadan silmək üçün çox ağır qərar – Paşinyan son “döyüş”ə hazırlaşırZaqatalaya güclü leysan və dolu yağıbRusiya ordusu atəşi DAYANDIRDI: Gerasimovdan TƏCİLİ AÇIQLAMAİran qlobal internet şəbəkəsini vuracaqTramp üçüncü dəfə prezident olmaq istəyir – AÇIQ İDDİA“Altaylardan Erciyesə”: Türk dünyasının birliyi və qardaşlıq mesajıAzərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdüVurulan gəmidəki azərbaycanlıların hamısı xilas edilibQarabağa 140 silahlı ilə gəldilər, 29-u öldürüldü – Erməni “Muş” dəstəsinin qanlı dosyesiPlastik çay paketlərinin görünməyən təhlükəsiRusiya diplomatı ölkədən çıxarılırAvropa İttifaqı Ukrayna ilə bağlı sülh danışıqlarına qoşulmaq istəyirQarabağı Konstitusiyadan silmək üçün çox ağır qərar – Paşinyan son “döyüş”ə hazırlaşırZaqatalaya güclü leysan və dolu yağıbRusiya ordusu atəşi DAYANDIRDI: Gerasimovdan TƏCİLİ AÇIQLAMAİran qlobal internet şəbəkəsini vuracaqTramp üçüncü dəfə prezident olmaq istəyir – AÇIQ İDDİA“Altaylardan Erciyesə”: Türk dünyasının birliyi və qardaşlıq mesajıAzərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdüVurulan gəmidəki azərbaycanlıların hamısı xilas edilibQarabağa 140 silahlı ilə gəldilər, 29-u öldürüldü – Erməni “Muş” dəstəsinin qanlı dosyesiPlastik çay paketlərinin görünməyən təhlükəsi
İdman

“Qarabağ” DÇ-2026-da iştirak edən qapıçını transfer etdi (RƏSMİ)

2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” klubu növbəti futbolçu keçidini gerçəkləşdirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

Bildirilib ki, Xorvatiyanın “Riyeka” klubu ilə danışıqlar uğurla yekunlaşıb və qapıçı Martin Zlomisliç “Qarabağ”a transfer olunub.

Bosniya və herseqovinalı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. 27 yaşlı qolkiper komandada 23 nömrəli formanı geyinəcək.

“Şiroki Briyeq” klubunun yetirməsi olan qapıçı 2017-ci ildə əsas komandada debüt edib. Martin Zlomisliç 2021-ci ildə “Riyeka”ya keçib.

Bosniya və Herseqovinanın U-19 və U-21 yığmalarında çıxış etmiş qolkiper 2024-cü ildən əsas millidə forma geyinir. Millidə 3 oyuna çıxan M. Zlomisliç hazırda ABŞ, Meksika və Kanadada keçirilən dünya çempionatında iştirak edən Bosniya və Herseqovina millisinin heyətində yer alıb.

Qeyd edək ki, Martin Zlomisliç yay transfer pəncərəsində “Qarabağ”ın beşinci transferidir. Daha əvvəl Jali Mauddib, Zakaria Savo, Samuel Lobato və Bruno Lanqa “Qarabağ”a qoşulub.