“Altaylardan Erciyesə”: Türk dünyasının birliyi və qardaşlıq mesajı
Bu gün Olay Türk kanalında yayımlanan “Altaylardan Erciyesə” proqramında Türk dünyasının birliyi, Azərbaycan–Türkiyə qardaşlığı, ortaq mədəniyyət və hicab məsələsi müzakirə olunub.
Aparıcı Umida İusupovanın təqdim etdiyi proqramın qonaqları Turan Dərnəyinin başqanı Ali İhsan Öztürk, qəzetiçi-yazar Nejdet Kala və sosioloq Aynurə Fətullayeva olublar.
İhsan Öztürk Türk xalqlarını birləşdirən qardaşlıq bağlarının dini inanclardakı fərqlərdən daha üstün olduğunu vurğulayıb.“Dinləri, inancları dəyişə bilər, ancaq onlar bizim qardaşımızdır.
O, “Turan plovu” təşəbbüsü ilə Türk dünyasının ortaq mətbəx ənənələrinin tanıdılması ideyasını da gündəmə gətirib.
Jurnalist Nejat Kaya Kayseridə 22–25 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulan qastronomiya tədbiri barədə məlumat verərək, müxtəlif xalqların milli mətbəx və mədəniyyətlərinin tanıdılmasının əhəmiyyətindən danışıb.
Sosioloq Aynurə Fətullayeva hicablı müəllimələrin baş örtüyünə müdaxilə edilməsini sual altına alaraq, insanların dini seçimlərinə hörmətlə yanaşılmasının vacibliyini vurğulayıb. O, həmçinin mediada yayılan dezinformasiyalara uymamağın və Azərbaycan xalqının Türkiyəyə bəslədiyi böyük hörmətin, izzətin və qardaşlıq münasibətlərinin qorunmasının əhəmiyyətinə diqqət çəkib.
Qeyd edək ki, Kayseri 2027-ci il üçün Türk Dünyası Mədəniyyət Paytaxtı seçilib. Bu baxımdan şəhərdə keçiriləcək mədəniyyət və qastronomiya tədbirləri Türk xalqları arasında əlaqələrin möhkəmlənməsi üçün xüsusi əhəmiyyət daşıyır.
Uluyol.info proqramın tam videoyazısını təqdim edir:
22–25 oktyabr tarixlərində keçiriləcək qastronomiya tədbiri ilə bağlı fotoşəkil



ULUYOL.İNFO