00:00 · 30.09.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Türkiyədə böyük hesablaşma – Bir gündə 9 bələdiyyə sədri…Cənub Şimalı danışıqlara çağırdı – “Masaya əyləşin”“Sabah” – “Qarabağ” oyunu harada keçiriləcək?ABŞ senatorlarından Azərbaycana siyasi məhbus tələbi“Seliverstov” maxinasiyaları : Şəlalə Hüseynovanın şəbəkədəki rolu – SENSASİON TƏFƏRRÜATOktyabrda hava necə olacaq?Vasif Talıbovun işdən çıxarılan yaxın adamının əmlaklarının SİYAHISI YAYILDIQubad İbadoğlu haqda qərar dəyişdi – Almaniyaya getdiƏvəz Zeynallı dəfn olundu-FOTOLARKitab oxuyana 10 milyon verəcəklər– Ölkədə böyük yarış gedirBioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandıYerli istehsal niyə sərfəli deyil? — Natiq CəfərliTürkiyədə böyük hesablaşma – Bir gündə 9 bələdiyyə sədri…Cənub Şimalı danışıqlara çağırdı – “Masaya əyləşin”“Sabah” – “Qarabağ” oyunu harada keçiriləcək?ABŞ senatorlarından Azərbaycana siyasi məhbus tələbi“Seliverstov” maxinasiyaları : Şəlalə Hüseynovanın şəbəkədəki rolu – SENSASİON TƏFƏRRÜATOktyabrda hava necə olacaq?Vasif Talıbovun işdən çıxarılan yaxın adamının əmlaklarının SİYAHISI YAYILDIQubad İbadoğlu haqda qərar dəyişdi – Almaniyaya getdiƏvəz Zeynallı dəfn olundu-FOTOLARKitab oxuyana 10 milyon verəcəklər– Ölkədə böyük yarış gedirBioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandıYerli istehsal niyə sərfəli deyil? — Natiq Cəfərli
Səhiyyə

Piyada gəzmək arıqlamağa necə kömək edir?

Müntəzəm piyada gəzinti sağlam həyat tərzinin ən sadə və təhlükəsiz hissələrindən biridir. O, gündəlik enerji sərfini artırır, arıqlamağa kömək edir, ürək-damar sistemini möhkəmləndirir, əzələ və oynaqları gücləndirir, dözümlülüyü artırır, stressi azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır və beyin fəaliyyətini dəstəkləyir.

Gəzintiyə başlamazdan əvvəl 3–5 dəqiqə ərzində yüngül isinmə hərəkətləri etmək faydalıdır. Boyun, çiyin, dirsək, bilək, çanaq, diz və topuq oynaqlarını dairəvi hərəkətlərlə hərəkət etdirmək əzələləri və oynaqları fiziki yükə hazırlayır.

Əgər piyada gəzməyə yeni başlayırsınızsa, ilk günlər 20–30 dəqiqə rahat tempdə gəzmək kifayətdir. Zaman keçdikcə həm gəzinti müddətini, həm də sürəti tədricən artırın. Ən uyğun temp nəfəsinizin bir qədər sürətləndiyi, lakin rahat danışa bildiyiniz tempdir. Sonradan gəzinti müddətini 45–60 dəqiqəyə, istəyə görə isə daha uzun vaxta çatdıra bilərsiniz.

Piyada gəzmək üçün günün istənilən vaxtını seçə bilərsiniz. Əsas şərt bunu müntəzəm etməkdir. Əgər yeməkdən sonra gəzəcəksinizsə, ağır qidadan sonra təxminən bir saat gözləməyiniz məsləhətdir. Səhər isə həm acqarına, həm də yüngül səhər yeməyindən sonra gəzmək mümkündür. Hansı variant sizə daha rahatdırsa, onu seçin.

Gəzinti zamanı qollarınızı ritmik şəkildə hərəkət etdirin, belinizi düz saxlayın və irəli baxın. Xüsusilə isti havalarda və uzunmüddətli gəzintilər zamanı susadıqca su içməyi unutmayın. Əgər başgicəllənmə, güclü halsızlıq və ya sinə nahiyəsində ağrı hiss etsəniz, gəzintini dayandırın və lazım gələrsə həkimə müraciət edin.

Arıqlamaq və bədəndəki piy faizini azaltmaq üçün ən vacib amil müntəzəm fiziki aktivliyi balanslaşdırılmış qidalanma ilə birləşdirməkdir. Həftə ərzində ən azı 150–300 dəqiqə orta intensivlikdə piyada gəzmək tövsiyə olunur. Daha yaxşı nəticə əldə etmək istəyirsinizsə, hər gün 30–60 dəqiqə sürətli tempdə gəzməyi vərdiş halına gətirin. Davamlılıq və nizam-intizam arıqlama yolunda ən vacib amillərdir.

İmran Kərimli, tribuna.az