00:00 · 25.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
İran amerikalılara qarşı hücumlar hazırlayır – KİVCanni İnfantino İlham Əliyevə xatirə hədiyyələri verdi – FotoKartdan-karta pul köçürənlərə vacib xəbərAziz Yıldırım: “Bir daha bu klubun qapısından içəri girməyəcəyəm!”Çay içənlərə XƏBƏRDARLIQİvan Bunin “San-Fransiskolu cənab” (Hekayə)İsa Qəmbər ittihamlara cavab verdiKvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilərWSJ: Tramp İrana qarşı yeni genişmiqyaslı hərbi əməliyyata meyillidirSüni intellektin köməyi ilə 20 aya 370 kitab yazdı, milyon dollarlıq gəlir əldə etdiAkademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildiXəzər dənizinin sahilində 173 ölü nərə balığı aşkarlandı – Nə baş verir?İran amerikalılara qarşı hücumlar hazırlayır – KİVCanni İnfantino İlham Əliyevə xatirə hədiyyələri verdi – FotoKartdan-karta pul köçürənlərə vacib xəbərAziz Yıldırım: “Bir daha bu klubun qapısından içəri girməyəcəyəm!”Çay içənlərə XƏBƏRDARLIQİvan Bunin “San-Fransiskolu cənab” (Hekayə)İsa Qəmbər ittihamlara cavab verdiKvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilərWSJ: Tramp İrana qarşı yeni genişmiqyaslı hərbi əməliyyata meyillidirSüni intellektin köməyi ilə 20 aya 370 kitab yazdı, milyon dollarlıq gəlir əldə etdiAkademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildiXəzər dənizinin sahilində 173 ölü nərə balığı aşkarlandı – Nə baş verir?
Ölkə

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

“Bu tip mənzillərin sayı çox deyil. Xüsusən söhbət yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan mənzillərdən gedir. Bu evlərin böyük bir qismi əvvəlki illərdə inşa edilmiş köhnə tikililərdə yerləşir”.

Qaynarinfonun məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, burada əhatə olunan kateqoriyalar da kifayət qədər məhduddur:

“Söhbət əsasən birinci qrup əlilliyi olan şəxslərdən, şəhid ailələrindən və qazilərdən gedir. Nəzərə almaq lazımdır ki, şəhid ailələrinin və qazilərin mənzil təminatı dövlət tərəfindən həyata keçirilir. Bu istiqamətdə məsul qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Nazirlik tərəfindən şəhid ailələrinin və qazilərin mənzil təminatı ilə bağlı mənzil fondu formalaşdırılıb və proses hazırda da davam edir. Ötən müddət ərzində kifayət qədər çox sayda şəhid ailəsi və qazi mənzillə təmin olunub.

Yerli icra hakimiyyəti orqanları isə nisbətən aztəminatlı və əlilliyi olan şəxslərə öz sərəncamlarında olan mənzilləri təklif edə bilərlər. Lakin burada söhbət məhdud sayda mənzildən gedir. Həmin mənzillərin böyük bir hissəsi əvvəlki illərdə də vətəndaşlara təklif olunub və hazırda orada yaşayan şəxslər var.

Pulsuz, yəni heç bir ödəniş etmədən mənzil almaq hüququ isə qanunvericilikdə müəyyən edilmiş kateqoriyalara şamil olunur. Bu kateqoriyalara şəhid ailələri, qazilər, birinci qrup əlilliyi olan şəxslər, eləcə də Çernobıl qəzası nəticəsində əlilliyi yaranmış vətəndaşlar daxildir”.